“İspaniyada Azərbaycan dili və mədəniyyət mərkəzi yaradıla bilər” – səfir İqnasio Sançez

Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb. Olaylar.az bildirir ki, ADU-da ispan dili, tarixi və mədəniyyətinin öyrənildiyini deyən rektor diplomatı tələbələrlə görüşə dəvət edib. K.Abdulla əlavə edib ki, diplomat “Səfir saatı”nda istədiyi mövzuda mühazirə deyə bilər. O, qeyd edib ki, ADU tələbələri ispan dili və ədəbiyyatını çox sevir və universitetdə fəaliyyət göstərən İspan dili mərkəzi bu istiqamətdə çox iş görür: “Biz də sizdən İspaniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasında bizə dəstək olmağınızı xahiş edirik”. K.Abdulla ADU-nun İspaniya tərəfindən yalnız auditoriya ayrılması və fənnin dərs proqramına salınmasını gözlədiyini deyib.

Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüşüb.

Olaylar.az bildirir ki, ADU-da ispan dili, tarixi və mədəniyyətinin öyrənildiyini deyən rektor diplomatı tələbələrlə görüşə dəvət edib. K.Abdulla əlavə edib ki, diplomat "Səfir saatı"nda istədiyi mövzuda mühazirə deyə bilər. O, qeyd edib ki, ADU tələbələri ispan dili və ədəbiyyatını çox sevir və universitetdə fəaliyyət göstərən İspan dili mərkəzi bu istiqamətdə çox iş görür: "Biz də sizdən İspaniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasında bizə dəstək olmağınızı xahiş edirik". K.Abdulla ADU-nun İspaniya tərəfindən yalnız auditoriya ayrılması və fənnin dərs proqramına salınmasını gözlədiyini deyib. Həmin universitetlərə müəllim göndərilməsi, onun əməkhaqqının ödənilməsi, mərkəzin avadanlıqlarla təchiz olunması məsələsini isə ADU öz üzərinə götürür. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən K.Abdulla bu sahədə də təcrübə mübadiləsinin hər iki tərəf üçün maraqlı olacağını bildirib.

Öz növbəsində İqnasio Sançez Taboada rektora təşəkkür edib. "Səfir saatı"nda mühazirə oxumaq təklifini məmnuniyyətlə qəbul edən diplomat bildirib ki, ölkəsində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldıra bilər. O, konkret olaraq Servantes Universitetinin adını çəkib: "Bu universitet ilə əlaqələrin yaradılmasına kömək edə bilərik. ADU-nun həmin universitetin audio-video materiallarına çıxışı təmin olunsun. Çalışacağam ki, ADU-nun ispan dilinin tədrisi üçün lazım olan vəsaitlərlə təmin olunmasına kömək edim və burada mühazirə oxuyum".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31