Musa Qasımlı beynəlxalq toplantıda “Tarix dərsliklərində türk tarixi məsələləri”ndən danışdı

Azərbaycanlı millət vəkili, professor Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun keçirdiyi beynəlxalq elmi seminarda iştirak edib. “Olaylar” xəbər verir ki, professor Musa Qasımlı seminarda “Tarix dərsliklərində türk tarixi məsələləri” mövzusunda məruzə edərək, dərsliklərə Türk tarixinin salınmasının əhəmiyyətindən danışıb.

Azərbaycanlı millət vəkili, professor Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun keçirdiyi beynəlxalq elmi seminarda iştirak edib. "Olaylar" xəbər verir ki, professor Musa Qasımlı seminarda "Tarix dərsliklərində türk tarixi məsələləri" mövzusunda məruzə edərək, dərsliklərə Türk tarixinin salınmasının əhəmiyyətindən danışıb. Seminarda Türkiyə, İngiltərə və Makedoniya alimlərinin məruzələri də dinlənilib. Elmi seminar çərçivəsində deputat M.Qasımlı tədbirdə iştirak edən alimlərlə görüşündə birgə işbirliyinin yaradılması, Türk dünyasında Azərbaycanın yeri, rolu və əhəmiyyəti, müasir dövrdə üzləşdiyi problemlər, xüsusən də Ermənistan tərəfdən üzləşdiyi işğalçılıq siyasəti barədə geniş fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31