Gündəm

Kişi, qadın və... üçüncü “cins” - Almaniya icazə verdi

8 Noyabr 2017 16:42

Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verib. Bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Mətbuat yeni qaydaların 2018-ci ilin sonundan tətbiq ediləcəyini bildirib.

Bakı-Sumqayıt şosesində tıxacın aradan qaldırılmas ı üçün metrobus xətti yaradıla bilər

8 Noyabr 2017 16:39

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir. “Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.

Rusiya XİN: Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyi planlaşdırır

8 Noyabr 2017 16:38

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar". 

Azərbaycanı “Eurovision-2018”də təmsil edəcək ifaçı müəyyənləşib

8 Noyabr 2017 16:36

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Vəkillər Kollegiyası nümayəndəlik fəaliyyətindəki dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı məlumat yayıb

8 Noyabr 2017 16:34

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Milli Məclisdə məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı məlumat yayıb. Vəkillər Kollegiyasından  daxil olan məlumatda bildirilib ki, qeyd olunan dəyişikliklərin ictimaiyyət arasında geniş müzakirəyə səbəb olmasını nəzərə alaraq, Vəkillər Kollegiyası aşağıdakıları diqqətə çatdırır: “Adı çəkilən əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.

Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb

8 Noyabr 2017 16:32

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə bağlı həbslərin yeni dalğası başlayıb. Məlumata görə, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

“QHT-nin maliyyə mənbələri” mövzusunda tədbir keçirilib 

8 Noyabr 2017 16:30

Qəbələdə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB ilə MG Consulting arasında birgə əməkdaşlıq çərçivəsində “QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Qəbələ, Oğuz və Şəkidən QHT nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən İB-in sədr müavini Anar Məhərrəmov tədbir iştirakçılarına təlimin mövzusu, proqramı haqqında məlumat verərək deyib ki, belə təlimlərin təşkilinin QHT–lərin uğurlu fəaliyyəti istiqamətində əhəmiyyəti böyükdür. O təlimlərin təşkilinin ümumilikdə QHT sektorunun inkişafına da müsbət təsir etdiyini dilə gətirib.

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

8 Noyabr 2017 16:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfranslar, ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.  

“Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi qeyd olundu

8 Noyabr 2017 16:29

Noyabrın 7 – də “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. Olaylar.az bildirir ki,  tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin  nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışıb. Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək, “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıblar.

"Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi

8 Noyabr 2017 16:28

1994-cü il, sentybarın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın neft sənayesində yeni bir mərhələ başladı. Qısa müddətdə bu sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanı neft ölkəsinə çevirdi. Uğurlu neft strategiyası, bu istiqamətdə atılan məqsədyönlü və düşünülmüş addımlar sonrakı mərhələdə regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilib istifadəyə verilməsinə yol açdı.

Dövlət büdcəsi plenar iclasa tövsiyyə edildi

8 Noyabr 2017 16:21

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisin əksər komitələri tərəfindən plenar iclasa tövsiyə olunub. “Olaylar” xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İctimai birliklər və dini qurumlar komit'si, Aqrar siyasət komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi, Əmək və sosial siyasət komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iki günlük birgə müzakirələrindən sonra sənəd yekdilliklə plenar iclasa tövsiyə olunub.

Heydər Əliyev Mərkəzi CNN-in tərtib etdiyi dünyanın 10 ən heyranedici mədəni məkanı sırasında

8 Noyabr 2017 16:15

CNN dünyanın heyranedici mədəni məkanları haqqında yazı və fotolar təqdim edib. Dünyanın 10 ən heyranedici mədəni məkanı siyahısına Heydər Əliyev Mərkəzi də daxil edilib.

Səkkiz dil bilən azərbaycanlı akademik vəfat etdi

8 Noyabr 2017 16:12

Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib. Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.

Hindistan paytaxtında havanın çirkliliyi üzündən məktəblər bağlanıb

8 Noyabr 2017 16:11

Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklilik səviyyəsinin təhlükəli həddə çatması səbəbindən məktəblərin qismən bağlanması barədə göstəriş verib. “Interfaks” xəbər verir ki, şəhərin orta və aşağı sinif məktəblərində məşğələlər tamamilə dayandırılıb, yuxarı sinif məktəblərində isə dərslər qısaldılmış qrafiklə keçirilir. Şəhər rəhbərliyi havadakı çirklilik səviyyəsinin yüksələcəyi təqdirdə meqapolisdə benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəni məhdudlaşdırmaq niyyətindədir.

Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı – 19 milyon avroya

8 Noyabr 2017 16:07

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb. Məlumata görə, atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.