"Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi

1994-cü il, sentybarın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın neft sənayesində yeni bir mərhələ başladı. Qısa müddətdə bu sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanı neft ölkəsinə çevirdi. Uğurlu neft strategiyası, bu istiqamətdə atılan məqsədyönlü və düşünülmüş addımlar sonrakı mərhələdə regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilib istifadəyə verilməsinə yol açdı.

Prezident İlham Əliyev: "Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq"

Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib

1994-cü il, sentybarın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın neft sənayesində yeni bir mərhələ başladı. Qısa müddətdə bu sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanı neft ölkəsinə çevirdi. Uğurlu neft strategiyası, bu istiqamətdə atılan məqsədyönlü və düşünülmüş addımlar sonrakı mərhələdə regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilib istifadəyə verilməsinə yol açdı. Kəmərin çəkilib istifadəyə verildiyi ötən müddətdən bu günə qədər keçən dövr ərzində kifayət qədər Azərbaycan nefti məhz bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılıb. Müsbət tendensiya ondan ibarətdir ki, ötən müddət ərzində Azərbaycanda hasil edilən neftin də həcmi artıb. Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib. Prezident İlham Əliyev bildirib ki, neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq. Dövlət başçısının sözlərinə görə, ölkənin kifayət qədər neft və qaz ehtiyatları var: "Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir". Prezident İlham Əliyev qeyd edib ki, ölkənin valyuta ehtiyatları bu ilin 9 ayında 4,5 milyard dollar artıb. "Davos İqtisadi Forumu tərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Neft Fondunda şəffaf saxlanılır, vacib iqtisadi və sosial layihələrə xərclənir. Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq". Çıxışında diqqətini 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanmış "Əsrin müqaviləsi"nə yönəldən Azərbaycan prezidenti deyib ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi: "Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib". Prezident İlham Əliyev "Şahdəniz" üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum , Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb: "Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, "qara qızıl" insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq". Dövlət başçısı İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb: "BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrlə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir".

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "28 May" Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli "Əmək" ordeni ilə təltif olunub. Dövlət başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib. Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31