Gündəm

Prezident: “Əsrin kontraktı”nın nəticələri sadəcə Neft Fonduna gələn gəlirlərlə ölçülmür”

8 Noyabr 2017 17:39

“Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır”. Bunu Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisə baş verib: “Mən xüsusilə,Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi”.

Azərbaycan prezidenti: “Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”

8 Noyabr 2017 17:38

“Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq”.

III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

8 Noyabr 2017 17:36

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”. Bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib. “Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.

3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə də baş həkim ifadə verdi

8 Noyabr 2017 17:34

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində "Real" Tibb Mərkəzinin baş həkimi Vidadi Əzizov ifadə verib.

Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans

8 Noyabr 2017 17:31

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Ukrayna Rusiya ilə hərbi sahədə sazişi ləğv etdi

8 Noyabr 2017 17:28

Ukrayna hökuməti Rusiya ilə qarşılıqlı olaraq silah, hərbi texnika, təmir və hərbi təyinatlı xidmətlərin göstərilməsinə dair sazişi dayandırıb. Bu barədə qərar Ukrayna Nazirlər Kabineti tərəfindən verilib.

Ruhani: "Səudiyyə Ərəbistanı strateji səhvə yol verir"

8 Noyabr 2017 17:25

"ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir". Bunu İran hökumətinin iclasında ölkə prezidenti Həsən Ruhani deyib.

Dünya ayıldı - bundan sonra erməniləri sözlərindən tutmaq lazımdır

8 Noyabr 2017 17:22

Ümid etmək olar ki, İspaniya Kataloniyası və İraq Kürdüstanındakı proseslər həddən artıq liberal olan Qərb ictimaiyyətini ayıltmalıdır. Separatizm və irredentizm sülhə və stabilliyə təhlükədir və Avropanın müharibədən sonra çətinliklə qurulmuş arxitekturasını silkələdə bilər. Güman edirəm ki, bundan sonra Azərbaycanın Ermənistanın təcavüzü və ərazilərimizi  işğal etməsi ilə bağlı arqumentləri daha yaxşı qəbul ediləcək.

Türkiyə Ermənistanla sərhədinə video nəzarət kamerası yerləşdirib

8 Noyabr 2017 17:19

Türkiyənin Qars əyalətinin qubernatorluğu bəyanat yayaraq bildirib ki, Ermənistan sərhəd zonasında təhlükəsizliyi təmin etmək məqsədilə video nəzarət kamerası yerləşdirilib.

Cəmiyyətimizin ayrı-ayrı siyasi qurumların mövqe və baxışlarına göstərdiyi münasibət plüralizmin nümunəsidir

8 Noyabr 2017 17:01

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm, o dövr üçün həyati vacib olan məsələlər,  həmin məsələləri həll etmək dayanırdı. Ölkəni iqtisadi baxımdan dirçəltmək, inkişaf etdirməklə yanaşı. Siyasi aspektdə də məqsədyönlü islahatlar, tədbirlər həyata keçirib onu tanıtmaq, dünyaya sübut etdirmək lazım idi. Amma kifayət qədər çətin və böhranlı vəziyyətin mövcud olması bu prosesi əngəlləyirdi.

ABŞ 16 ildə müharibələrə bu qədər xərcləyib - ŞOK RƏQƏM

8 Noyabr 2017 16:57

ABŞ 2001-ci ildən bu yana Asiya və Yaxın Şərqdə müharibələrə 5,6 trilyon dollar xərcləyib. Bu baqda Braunovski Universiteti yanında Uotson adına Beynəlxalq Tədqiqatlar İnstitutunun ekspertləri bildiriblər. Bu məbləğ ABŞ Müdafiə Nazirliyinin (Pentaton) açıqladığı rəqəmdən demək olar ki, dörd dəfə çoxdur. Pentaqonun açıqladığı məruzəyə görə, ABŞ Asiya və Yaxın Şərqdə müharibələrə xərclədiyi pul 1,5 trilyon dollar təşkil edir.

“Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi”

8 Noyabr 2017 16:54

“Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, C.Soros kimi şəxslər də geosiyasi aktorlardır”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Feysbuk səhifəsində yazıb. N.Məmmədov geosiyasi aktorlar siyahısına “Hollywood”un da daxil olduğunu qeyd edib. 

Müharibələr KOSMOSA KEÇİR: Pentaqon SSENARİNİ AÇIQLADI

8 Noyabr 2017 16:49

ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb. Bu haqda “Popular Mechanics” nəşrinə müsahibəsində danışan general Rusiyanın ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olduğunu deyib.

Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirildi

8 Noyabr 2017 16:45

Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib. Bu barədə  Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.