Gündəm
"Nəticə nə pis, nə də yaxşıdı"
Biliç Prosineçkini arxa plana atdı
"Vest Hem"dən qovulan Slaven Biliç fəaliyyətini yığmada davam etdirə bilər. 49 yaşlı çalışdırıcı Bosniya və Herseqovina millisini çalışdırmağa namizəddi. Mehmed Bajdareviçlə yollar ayrıldıqdan sonra federasiya rəhbərliyi yeni baş məşqçi axtarışını davam etdirir. Əvvəlcə bu posta əsas namizəd kimi Robert Prosineçkinin adı çəkilirdi. Lakin Biliçin "Vest Hem"lə yollarının ayrılması Azərbaycan yığması ilə müqaviləsinin müddəti dekabrda başa çatacaq Prosineçkini arxa plana atıb. İndiki məqamda Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi olmağa əsas namizəd kimi Slaven Biliç göstərilir.
""Qarabağ" "Atletiko"ya qol vuranda sevincdən nə edəcəyimizi bilmirdik"
Yunanıstanın Krit adasında üçqat Avropa çempionu olan Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandası Vətənə dönüb. Heydər Əliyev Beynəlxalq Hava Limanında milli komandanın üzvləri jurnalistlərin suallarını cavablandırıblar.
Prezident: “Şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını dünyaya bir daha nümayiş etdirdilər” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan növbəti böyük uğura imza atıb: “Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir.
Suriyada İŞİD-in son qalasına hücum başladı
Suriya ordusu ölkə ərazisində İŞİD terror təşkilatının əlində olan son şəhərin tutulması üçün əməliyyata başlayıb.
Ukrayna Rusiyanın Kamçatka yarımadasına göz dikdi - RƏSMİ
Yaxın gələcəkdə Ukrayna kəşfiyyatı qarşısında Rusiya ilə bağlı mümkün qədər daha çox məlumatın toplanması dayanır. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov yeni pilotsuz təyyarənin təqdimatında deyib.
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.
Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edildi
Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib. Bunu "France Pressə" məlumatlı mənbə bildirib. Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasnın qurbanlarından birinin fotosunu öz "Twitter" səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmiş şəkili terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.
Nazirlik: 2300 nəfər müvəqqəti işlə təmin olunub
Son günlər bəzi media qurumlarında ölkədə özəl, kommersiya əsaslı əmək birjalarının yaradılmasının işədüzəltmə prosesində əlavə imkanların formalaşmasına səbəb ola biləcəyi barədə fikirlər səslənir.
Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır.
Mətbuat Şurası 9 KİV-in adının “qara siyahı”ya salınması dair rəy çıxarıb - SİYAHI
Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib. Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub.
Qusarda azyaşlı qızına zəhər verib öldürən qadına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Milli Məclisin iclasının vaxtı dəyişdirilib
Milli Məclisin noyabrın 14-də keçirilməsi nəzərdə tutulan iclasının vaxtı dəyişdirilib. MM-dən verilən məlumata görə, iclas noyabrın 17-də keçiriləcək. İclasın vaxtı dəyişdirilsə də, gündəlikdə dəyişiklik olmayıb.
Prezident İlham Əliyev: “Maliyyə vəziyyətimiz çox sabitdir, heç bir problemimiz yoxdur”
“Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaq. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.
Dövlət başçısı: "Müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər məsuliyyətlərini dərk edə bilmədilər"
"1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilib. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirib. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır".













