Gündəm
Əli Həsənov: "Türk xalqının dirənişi böyük güclərin planını boşa çıxardı"
"DDoS” hücumlarının sayında kəskin artım qeydə alınıb
“Kasperski laboratoriyası” antivirus şirkəti üçüncü rüb üçün “DDoS” hücumları barədə hesabat təqdim edərək qeyd olunan müddət ərzində dünyada oxşar hücumların sayının artaraq “DDoS” hücumlarından mühafizə həllərinin qiymətinin bahalaşmasına səbəb olmasını açıqlayıb.
“Olimpiada-2020” üçün robot köməkçilərin sınaqları keçirilir
Yaponiyada Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb. Müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur. Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.
Yeni “Wal-Mart” robotları malları çeşidləməyə kömək edəcək
“Wal-Mart” mağazalar şəbəkəsi işçilərə malların çeşidlənməsi və düzülməsi prosesində kömək edəcək robotlar yaradıb. Təkrar hesablama, vaxtı ötmüş malların seçilməsi, yararsız məhsulun axtarışı mağaza işçilərindən çox vaxt və güc tələb edir və bəzən insan faktoruna görə bu və ya digər məhsul növü itir, istifadə müddəti ötmüş mallar isə yararsızlarla birlikdə rəflərdə qalır.
Ceff Bezos: “Dünyanın xilası üçün kosmosu tez mənimsəmək lazımdır”
“Amazon” şirkətinin rəhbəri, “Blue Origin” aerokosmik şirkətinin sahibi Ceff Bezos Los-Ancelesdə kosmosun mənimsənilməsinə həsr edilən sammitdə iştirak edərək kosmosun mümkün qədər tez mənimsənilməsi ilə bağlı çıxış edib. O qeyd edib ki, kosmosa uçuşlar nə qədər ucuzlaşsa, onu bir o qədər asan və tez mənimsəməyə başlamaq mümkün olacaq.
“Google Files Go” proqramı smartfonda yer çatışmazlığı problemini həll edəcək
“Google” şirkəti smartfonda yer çatışmazlığı ilə bağlı problemlərlə üzləşən istifadəçilər üçün nəzərdə tutulan yeni “Files Go” fayl menecerini təqdim edib.
Yeni funksiya ilə şirkət saytlarında “Facebook Messenger”dən istifadə mümkün olacaq
“Facebook” sosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək.
“Xbox One X” oyun konsolu satışa çıxarılıb
“Microsoft” korporasiyası 35 ölkədə “Xbox One X” oyun konsolu modelinin satışlarına başlayıb. Qurğu 2,3 QHs takt tezlikli səkkiznüvəli prosessor, 1172 MHs takt tezlikli 40 hesablayıcı nüvəyə malik videokart və 326 Qbit/saniyə buraxılış qabiliyyətli 12 giqabaytlıq “GDDR5” videoyaddaş, 1 terabaytlıq 2,5 düymlü sərt disk və “4K UHD Blu-ray” optik ötürücüsü ilə təchiz edilib.
WhatsApp-dan bu formada çıxmayın, əks təqdirdə mesajlarınız gecikəcək
İOS 11 yenilənməsi təqdim olunduqdan sonra iPhone-larda WhatsApp-la bağlı bildiriş problemləri yaranıb. Smartfonlarda WhatsApp-dan ekranı sürüşdürərək çıxdıqda hər hansı mesaj gəldikdə bu barədə bildiriş gəlmir və ya gecikir. Əgər mesajların gecikməsini istəmirsinizsə, WhatsApp proqramını bağlamayın.
Kənar təsirlərdən üçqat mühafizəli “Xiaomi” smartfonları buraxılacaq
Çinin “Xiaomi” şirkəti kənar təsirlərə və əlverişsiz hava şəraitinə qarşı yüksək davamlığa malik smartfonların buraxılışına başlamaq niyyətindədir. Söhbət üç istiqamət üzrə mühafizədən gedir: birincisi, bu, zərbələrə və düşmələrə dözümlü olmaqla iş qabiliyyətinin saxlanılmasıdır. İkincisi, rütubətdən mühafizədir ki, bu da qurğudan ehtiyat etmədən yağışlı havada istifadəyə imkan verəcək, eləcə də onun təsadüfən suya düşməsi zamanı sınmanı aradan qaldırmağa kömək edəcək. Nəhayət, üçüncüsü, qurğunun tozkeçirməz olmasıdır.
Ərə getdiyini hər kəsdən gizlədir
24 yaşlı Mayli Sayrusun 27 yaşlı sevgilisi Liam Hemsvortun sirri ortaya çıxıb. Cütlüyün artıq rəsmi nikaha girdiyi bəlli olub. Belə ki, Mayli və Liam yazda rəsmi nikaha girib.
Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün təlim keçiriləcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim keçirəcək.
Belçikalı hücumçu zədəsini sağaltdı
"Kristal Pəlas"in hücumçusu Kristian Benteke ümumi qrupla məşqlərə start verib. 26 yaşlı forvard sentyabrda aldığı zədə səbəbindən 6 həftəlik sıradan çıxmışdı. Premyer Liqada yaranacaq qısa fasilə zamanı belçikalı futbolçu forma yığmağa çalışacaq. "Kristal Pəlas" çempionatda növbəti matçını noyabrın 18-d "Everton"a qarşı keçirəcək.
Azərbaycan dünya çempionatının təhlükəsizliyinə dəstək verəcək
Qətərin paytaxtı Dohada "Böyük tədbirlərdə təhlükəsizlik" mövzusunda konfrans keçirilib. Tədbir zamanı Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı zamanı ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Konfrans iştirakçıları mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar. Bildirilib ki, indiyədək böyük tədbirlər təşkil etmiş ölkələrin təcrübələrindən, uğur və dərslərindən birgə yararlanmaq məqsədilə İnterpol tərəfindən "Stadia" layihəsi həyata keçirilməkdədir. Bu layihənin dünyanın təhlükəsizlik ekspertlərinin birgə fəaliyyəti üçün çox vacib alət olduğu diqqətə çatdırılıb.
Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı
Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb. Hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb. Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub.














