Gündəm

ABŞ Ukraynaya hərbi yardım EDƏCƏK

9 Noyabr 2017 08:11

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər. Bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

“Eşq-i Nigar”  tamaşasına ictimai baxış keçirildi

9 Noyabr 2017 08:07

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və  Bakı Yunis Əmrə İnstitutu birgə  türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanının motivləri əsasında “Eşq-i Nigar” adlı tamaşa hazırlayır. Olaylar.az bildirir ki, artıq “Eşq-i Nigar” tamaşasına ictimai baxış keçirilib. Tamaşada teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Bayrağımız-qürur mənbəyimiz

9 Noyabr 2017 08:00

Bu günlər hər bir azərbaycanlının qürur mənbəyi sayılan Dövlət Bayrağı Günü qeyd edilir.  Artıq bir neçə ildir ki, rəsmi bayram günü kimi tarixə düşən bu gün bayrağa olan sevgimizi, məhəbbətimizi açıq şəkildə tərənnüm etdirir, ortaya qoyur. Bu gün ərəfəsində paytaxt və bölgələrdə keçirilən silsilə tədbirlər bir bayram ovaqatı yaratmaqla yanaşı, milli atributumuza olan hörməti, sevgini özündə əks etdirir.

Eynşteyni dahi edən ƏSL SƏBƏB

9 Noyabr 2017 07:59

Prinston Universitetinin professoru, nəzəri fizikaçı Robbert Dijkqraf bir məqaləsində Albert Eynşteyni digər elm adamlarından fərqləndirən xüsusiyyətləri izah edib. O, Eynşteynin sehrli toxunuşları olduğunu bildirib: “Eynşteyn gerçək bir dahi idi və bir elm adamı olaraq hamımız üçün örnək idi. O, uşaqkən belə çox fərqli bir düşüncə üslubuna malik olub. Onun xəyal dünyası onun haqqında önəmli şeylər deyirdi. Mənə görə, onun sehrli bir toxunuşu olub.

İntihar etmək üçün 5-ci mərtəbəyə çıxdı... - Bakıda

9 Noyabr 2017 07:58

Bakıda intihara cəhdin qarşısı alınıb. Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanına çıxıb.

Muğam Mərkəzində "Mənim Bayrağım"

9 Noyabr 2017 07:56

Beynəlxalq Muğam Mərkəzində  Mədəniyyət və İncəsənət Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestrinin birgə təşəbbüsü ilə “Mənim Bayrağım” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbələri ilə birlikdə Ali Hərbi Məktəbin də nümayəndə heyəti və tələbələrinin iştirak etdiyi tədbir Hərbi Orkestrin ifasında Dövlət Himninin səslənməsi ilə təntənəli şəkildə başlayıb. Daha sonra tədbirin aparıcısı Kino və televiziya fakültəsinin magistr tələbəsi Abbasağa Əlizadənin hazırladığı Ulu Öndər Heydər Əliyev və Respublikanın Prezidenti cənab İlham Əliyevin bayraq haqqında söylədiyi dəyərli fikirlərdən ibarət video çarx nümayiş olunub.

Salyanda "Mercedes" kanala düşdü

9 Noyabr 2017 07:49

Salyanda avtomobil su kanalına düşüb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb. Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Avtobus körpüdən aşdı

9 Noyabr 2017 07:47

Pakistanda 80 nəfəri daşıyan avtobus körpüdən aşıb. Hadisə nəticəsində 24 nəfər həlak olub, 50-dən artıq insan xəsarət alıb.

NATO kiberəməliyyat mərkəzi yaradır

9 Noyabr 2017 07:45

NATO Avropa və Atlantikada öz güclərinin portativliyinin artırılması üçün yeni komanda strukturunun yaradılmasına başlayıb. Bu haqda mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Hərbi alyansın rəhbəri qeyd edib ki, NATO hərbi hədəflərə çatmaq üçün Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblər siyahısını hazırlamağa başlayıb.

İndoneziya səfiri Bilik Fondunda

8 Noyabr 2017 21:38

İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. İcraçı direktor rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, xüsusən Fondun xarici əlaqələrindən söz açıb.

Mingəçevirdə mənzildə kişi meyiti tapıldı

8 Noyabr 2017 21:33

Mingəçevirdə mənzildə 59 yaşlı kişi meyiti tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Qardaşını edam edən İŞİD-çi yaxalandı

8 Noyabr 2017 21:31

2016-cı ildə müxalif fikirdə olduğu üçün qardaşını edam edən İŞİD üzvü Abdulxaliq Abdulqadir Əli Türkiyənin Kayseri şəhərində ələ keçib.  İraq əsilli terrorçu qardaşı Abdurrahmanın başından atəş açaraq öldürmüşdü və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında 

8 Noyabr 2017 21:25

Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan “Leyli və Məcnun” , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını nümayiş etdirəcəkdir.

Bayraq Gününə həsr olunan müsabiqəyə yekun vuruldu

8 Noyabr 2017 21:21

Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvləri arasında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə başlayan esse müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, Bilik Fondunda keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gəncləri üçrəngli Azərbaycan bayrağını daim uca tutmağa çağırıb.