İndoneziya səfiri Bilik Fondunda
İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib. İcraçı direktor rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, xüsusən Fondun xarici əlaqələrindən söz açıb.
8 Noyabr 2017 21:38 Sosialİndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
İcraçı direktor rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi, maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışaraq, xüsusən Fondun xarici əlaqələrindən söz açıb.
Fondun nəzdində fəaliyyət göstərən klubların yaranma zərurətini diqqətə çatdıran icraçı direktor "Diplomatlar" Klubunda qonaq olan diplomatların yerli gənclərlə müxtəlif məzmunlu görüşlərdən məmnun qaldıqlarını diqqətə çatdıraraq, cənab səfir H. Husnan Bey Fananini klubla yaxından əməkdaşlığa dəvət edib. Görüşdə Bilik Fondunun ilkin əməkdaşlıq təklifləri də səsləndirilib.
İndoneziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Husnan Bey Fanani Bilik Fondunda sevgi və hörmətlə qarşılandığına görə minnətdarlığını bildirib. Azərbaycanı ikinci vətəni adlandıran səfir, ölkəmizin İndoneziyanın böyük qardaşı olduğunu deyib. H.Fananı fikirlərini onunla əsaslandırıb ki, İsalm dini məhz Azərbaycandan sonra İndoneziyada təşəkkül tapmağa başlayıb və bu dinin yayılmasında əməyi olan şəxs qafqazlıdır. Səfir bildirib ki, Bilik Fondunun təcrübəsini təmsil etdiyi ölkədə təqdim etməyə hazırdır.