Muğam Mərkəzində "Mənim Bayrağım"
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və İncəsənət Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestrinin birgə təşəbbüsü ilə “Mənim Bayrağım” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbələri ilə birlikdə Ali Hərbi Məktəbin də nümayəndə heyəti və tələbələrinin iştirak etdiyi tədbir Hərbi Orkestrin ifasında Dövlət Himninin səslənməsi ilə təntənəli şəkildə başlayıb. Daha sonra tədbirin aparıcısı Kino və televiziya fakültəsinin magistr tələbəsi Abbasağa Əlizadənin hazırladığı Ulu Öndər Heydər Əliyev və Respublikanın Prezidenti cənab İlham Əliyevin bayraq haqqında söylədiyi dəyərli fikirlərdən ibarət video çarx nümayiş olunub.
9 Noyabr 2017 07:56 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Mədəniyyət və İncəsənət Universiteti və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestrinin birgə təşəbbüsü ilə "Mənim Bayrağım" adlı konsert keçirilib.
Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbələri ilə birlikdə Ali Hərbi Məktəbin də nümayəndə heyəti və tələbələrinin iştirak etdiyi tədbir Hərbi Orkestrin ifasında Dövlət Himninin səslənməsi ilə təntənəli şəkildə başlayıb. Daha sonra tədbirin aparıcısı Kino və televiziya fakültəsinin magistr tələbəsi Abbasağa Əlizadənin hazırladığı Ulu Öndər Heydər Əliyev və Respublikanın Prezidenti cənab İlham Əliyevin bayraq haqqında söylədiyi dəyərli fikirlərdən ibarət video çarx nümayiş olunub.
Tədbirdə Estrada sənəti kafedrasının, Muğam sənəti kafedrasının tələbələrini ifaları araqla qarşılanıb. İfalar Xoreoqrafiya sənəti kafedrasının tələbələri rəqsi ilə müşayiət olunub. Gecədə SABAH qrupunun tələbələri şeirlər səsləndiriblər.
Qeyd edək ki, "Mənim Bayrağım" adlı konsertin layihə rəhbəri Estrada kafedrasının baş müəllimi Gülnarə Allahverdiyevadır.