Gündəm
Sabiq polis rəisi əməliyyatdan sonra öldü
Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib. Uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib. Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.
Damlanın canlı yayımda "narkoman" açıqlaması Zauru təəccübləndirdi - FOTO
Ötən gün “5/5” verilişinin qonaqlarından biri son zamanlar adı sürəkli olaraq qalmaqallarda hallanan Damla olub. Verilişin aparıcısı Zaur Kamal xanım ifaçıya suallar ünvanlayıb. Müğənninin aparıcı ilə sözügedən dialoqunu təqdim edirik: Əlinə pul gələndən sonra ətrafındakı insanlara qarşı dəyişdinmi?
İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?
İrəvanda tələbələrin etiraz aksiyası davam edir. Artıq üçüncü gündür davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər. Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb.
Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? - CİNAYƏT İŞİ
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ittiham olunduğu maddələr açıqlanıb. Fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Dövlət Bayrağı Günü qeyd olundu
Azərbaycan Dillər Universitetində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib. Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 9 Noyabr-Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib. “Üçrəngli bayrağınla məsud yaşa”-deyən rektor K.Abdulla qeyd edib ki, biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik.
“Meyvələrin şahı-Nar” müsabiqənin qalibləri məlum oldu
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Cəsəd biznesi - Ağılalmaz qiymətlər - Baş 850, bədən 3400, ayaqlar 2200 manat - FOTO
ABŞ-da yoxsul insanlar ölən yaxınlarının cəsədini dəfn xərci qarşılığında satışa çıxarır. Bu vəziyyət cəsəd tacirləri və cənazə evləri üçün yeni gəlir mənbəyinə çevrilib. “Reuters”dən yayılan xəbərə görə, ABŞ-da ciddi bir cəsəd bazarı yaranmağa başlayıb. Ölkədə cəsəd alveri edən bir çox şirkət ortaya çıxıb. Bu şirkətlər orqan və toxuma banklarından fərqli olaraq, əsasən yoxsullardan alınan cəsədləri təhsil və tibbi səbəblər məqsədilə istifadə etmək üçün satırlar.
Xanəndə şadlıq evində bıçaqlandı
Abşeron rayonunun Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu “Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həyat yoldaşından ayrılan Fuad Əlişov İLK DƏFƏ SEVGİLİSİ İLƏ – FOTO
Azerbaijan’s National Flag Day celebrated in Monterey, California
Azerbaijan’s National Flag Day was celebrated with a ceremony in the City of Monterey of the U.S. State of California on November 7, 2017. Hosted by the Monterey City Council in the City Hall, the event was attended by the City leadership, businesspersons, representatives of mass media, arts and culture as well as professors and students of the renowned Monterey-based graduate schools of the U.S. Department of Defense. It is noteworthy that Monterey and the City of Lankaran in Azerbaijan have enjoyed a sister-city relationship since 2011.
Bayraq Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunub
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib. Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib.
Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olundu
Olaylar.az bildirir ki, Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsi keçirilib. Mərasim Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Bayraq qürür mənbəyimiz, and yerimizdir
Bayraq, himn və gerb bütün ölkələrin rəsmi dövlət atributudur. Azərbaycan Respublikasının üçrəngli bayrağı müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir. Bayraq hər bir xalq üçün müqəddəs hesab edildiyinə görə həmişə ehtiramla yanaşılıb.
İranda Azərbaycan dilində yeni film çəkiləcək
İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək. Təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib. Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.
Daha bir şəhər İŞİD- dən azad edildi
Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb. Bu barədə Suriya ordusunun komandiri bildirib. Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukəmal şəhərini tam azad ediblər.





.jpg)








