Xanəndə şadlıq evində bıçaqlandı

Abşeron rayonunun Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.  1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu “Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron rayonunun Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xanəndə ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31