Gündəm
Kosmosda nəzarətsiz qalan nəhəng gəmi Azərbaycanın qonşuluğuna düşəcək
2016-cı ilin sentyabrından etibarən nəzarətsiz bir formada səyahət edən Çinin ilk kosmik gəmisi “Tiangong-1”in dünyanın hansı nöqtəsinə və nə zaman düşəcəyi ilə bağlı bir ehtimal irəli sürülüb. Avropa Kosmik Agentliyi (ESA) 8,5 ton ağırlığındakı kosmik gəminin yanvar və mart ayları arasındakı bir tarixdə Yerin atmosfer qatına girəcəyini təxmin edir. Gəminin düşəcəyi koordinasiya nöqtələrinin isə İspaniya, İtaliya, Hindistan və Türkiyə ərazisində olduğu bildirilir.
NASA Yupiterin ən yeni fotolarını yaydı
Amerika Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Yupiter planetinin ən son fotolarını paylaşıb. Fotolar “Yuno” kosmik gəmisinin Yupiterə 8-ci yaxın məsafədən keçdiyi sırada çəkilib.
Səudiyyə Ərəbistanında 200-dən çox şəxs saxlanıldı
Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb. Saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.
İranlı rejissorun “Tayson”u
İranlı rejissor Babək Şirinsifət Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi. Bu haqda Olaylar.az – a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən, komediya janrında olan “Tayson” filminin çəkilişləri artıq tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz Mehdi Pərizad, prodüsseri İlham Qasımovdu.
Luvr muzeyi Abu-Dabiyə satıldı - Yarım milyard dollara
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb. Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək. Parisdəki muzeydən daha çox əsərin nümayiş olunacağı yeni muzeyin açılışına Fransa prezidenti Emanuel Makron da qatılıb. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.
Messidən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA
“Barselona”nın ulduz futbolçusu Linonel Messi Argentina Milli Komandasındakı fəaliyyəti haqqında çıxan xəbərlərə sərt reaksiya verib. Ulduz yığmaya baş məşqçi və kadr seçimi etdiyinə dair çıxan xəbərləri yalanlayıb. O, bu barədə Argentina mediasına açıqlama verib:
Keçmiş baş nazir saxlanıldı
Livanın vəzifəsindən istefa verən baş naziri Saad əl-Hariri Səudiyyə Ərəbistanında saxlanılıb. Bu barədə beynəlxalq bir agentliyə Livanın ali səviyyəli səlahiyyətli şəxsləri məlumat verib. Hökumət nümayəndələri keçmiş baş nazirin Livana geri qayıtması üçün beynəlxalq toplumun təzyiq göstərməsi üçün çağırış edib.
Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan etdi
Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.
Putinlə Tramp sabah görüşəcək
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp sabah Vyetnamda görüşə bilər. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Dövlət Bayrağı Günü qeyd olundu
Mədəniyyət və İncəsənət Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir professor-müəllim və tələbə heyətinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
В PARK CINEMA ОТКРЫТЫ ПРОДАЖИ на Галу-вечер фильма «Kardeşim Benim 2»
30 ноября в кинотеатре «Park Cinema» Flame Towers, в 19:00 состоится грандиозный гала вечер фильма «Kardeşim Benim 2». На гала вечере примут участие популярный актер турецкого кино Burak Özçevit и его супруга Fəxriyyə Özçevit. Премьера фильма будет показываться в зале AZERCELL IMAX а также в обычных залах кинотеатра«Park Cinema» Flame Towers. Гостей вечера ожидает cocktail-party перед сеансом и совместный просмотр фильма с актерами Burak Özçevit и Fəxriyyə Özçevit.
Burak və Fəxriyyə Özçevitlər BAKIYA GƏLİR
Noyabrın 30 - da Park Cinema Flame Towers kinoteatrında "Kardeşim Benim 2" filminin qala gecəsi olacaq. Olaylar.az bildirir ki, qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin Park Cinema Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı əldə edəcəklər.
245 şübhəli saxlanıldı
Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. 250 ünvanda təşkil edilən əməliyyat nəticəsində 245 şübhəli şəxs saxlanılıb, onlardan 101 nəfəri həbs edilib.
Gənc aktyor evinə gələn qonağı yuxuda olarkən ZORLADI
“Gossip Girl” serialı ilə tanınan aktyor Ed Vestvikin adı təcavüz qalmaqalına qarışıb. Həmkarı, 30 yaşlı aktrisa Kristina Kohen Edin 3 il öncə onu zorladığını etiraf edib: "Həmin vaxtı Ed sevgilimin dostu idi. Bir gün onun evinə qonaq getdik. Yeməkdən sonra qonaq otağında uzanmışdım, yuxu tutub, yatmışam. Oyananda Ed üstümə uzanmışdı. Ondan dayanmağımı tələb etdim, ancaq güclü idi. Əli ilə ağzımı bağladı və məni zorladı.
İsraillə gizli əlaqələri olan nazir istefa verdi
İngiltərənin beynəlxalq inkişaf naziri Priti Patel istefa verib. Nazirin israilli diplomatlarla gizli əlaqələri ortaya çıxıb. Rəsmi görüş üçün baş nazir Tereza Mey tərəfindən ölkəyə çağırılan P.Patel 30 dəqiqəlik görüşdən sonra istefa ərizəsini təqdim edib. O, İsraildə istirahəti zamanı 2 gün boyunca bəzi israilli siyasətçilər, mülki təşkilatlar və şirkətlərlə ölkəsinin Xarici İşlər Nazirliyinin xəbəri olmadan görüşüb.









.jpg)




