NASA Yupiterin ən yeni fotolarını yaydı

Amerika Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Yupiter planetinin ən son fotolarını paylaşıb. Fotolar “Yuno” kosmik gəmisinin Yupiterə 8-ci yaxın məsafədən keçdiyi sırada çəkilib.

Amerika Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Yupiter planetinin ən son fotolarını paylaşıb. Fotolar "Yuno" kosmik gəmisinin Yupiterə 8-ci yaxın məsafədən keçdiyi sırada çəkilib.

Kosmosa 2011-ci ildə göndərilən "Yuno" 5 il sonra Günəş sisteminin ən böyük planeti olan Yupiterin orbitinə daxil olub. Plaetin daxili quruluşunu araşdıran kosmos gəmisi maqnetik sahələri, cazibə qüvvəsini və atmosferin dinamikliyini yoxlayır və NASA-ya göndərir. Bu bilgilər vasitəsilə Yupiterin əmələ gəlməsi və əsrlərdir elmə məlum olmayan sirlər araşdırılır.

"Yuno" kosmik gəmisi 20 fevral 2018-ci ildə planetin səthinə doğru edəcəyi son səyahətindən sonra atmosferdə yanaraq öz missiyasını tamamlayacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31