Messidən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA

“Barselona”nın ulduz futbolçusu Linonel Messi Argentina Milli Komandasındakı fəaliyyəti haqqında çıxan xəbərlərə sərt reaksiya verib. Ulduz yığmaya baş məşqçi və kadr seçimi etdiyinə dair çıxan xəbərləri yalanlayıb. O, bu barədə Argentina mediasına açıqlama verib:

"Barselona"nın ulduz futbolçusu Linonel Messi Argentina Milli Komandasındakı fəaliyyəti haqqında çıxan xəbərlərə sərt reaksiya verib.

Ulduz yığmaya baş məşqçi və kadr seçimi etdiyinə dair çıxan xəbərləri yalanlayıb.

O, bu barədə Argentina mediasına açıqlama verib:

"Argentina milli komandasına kadr və baş məşqçi seçimi etməyim, həmçinin, komandanın kimlərlə qarşılaşması məsələlərinə qarışmağım tamamilə yalandır. İnsanların belə şeyləri bu qədər asan söyləyə bilməsi məni əsəbləşdirir. Mən sadəcə komandanın bir futbolçusuyam. Milli komandanın kadrını mən təyin etmədim. Mən sadəcə komandaya fayda verməyə çalışıram. Bundan artığı deyil".

Qeyd edək ki, keçən ay Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı L.Messi olduğu bildirilmişdi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31