İranlı rejissorun “Tayson”u
İranlı rejissor Babək Şirinsifət Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi. Bu haqda Olaylar.az – a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən, komediya janrında olan “Tayson” filminin çəkilişləri artıq tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz Mehdi Pərizad, prodüsseri İlham Qasımovdu.
9 Noyabr 2017 16:57 Teatr və kinoİranlı rejissor Babək Şirinsifət Azərbaycanda yeni filminin çəkilişlərini bitirmək üzrədi. Bu haqda Olaylar.az - a filmin əsas qəhrəmanlarından biri olan Kamran Ağabalayev məlumat verib. Onun sözlərinə əsasən, komediya janrında olan "Tayson" filminin çəkilişləri artıq tamamlanmaq üzrədi. Filmin quruluşçu operatoru İranda yaşayan həmyerlimiz Mehdi Pərizad, prodüsseri İlham Qasımovdu.
Filmdə əsas rolları Kamran Ağabalayev, Elməddin Cəfərov, iranlı aktyor Əli Sadeghi, Zarina Qurbanova canlandırıblar. Elşən Orucov filmdə tamam fərqli xarakterdə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, yaxın aylarda tamaşaçılara təqdim olunacaq "Tayson"nun İranda da nümayişi planlaşdırılır. Bundan əlavə, filmin "Fəcr" festivalında ölkəmizi təmsil edəcəyi gözlənilir.