Dövlət Bayrağı Günü qeyd olundu
Azərbaycan Dillər Universitetində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib. Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 9 Noyabr-Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib. “Üçrəngli bayrağınla məsud yaşa”-deyən rektor K.Abdulla qeyd edib ki, biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik.
9 Noyabr 2017 12:22 SosialAzərbaycan Dillər Universitetində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 9 Noyabr-Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib.
"Üçrəngli bayrağınla məsud yaşa"-deyən rektor K.Abdulla qeyd edib ki, biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik.
Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib, "Dalğa" rəqs ansamblının ifasında rəqslər nümayiş olunub. Tədbirdə tanınmış müğənni Elnarə Xəlilova da mahnılar ifa edib.
Tədbirdə Xalq şairi Səməd Vurğunun "Azərbaycan", Bəxtiyar Vahabzadənin "Bayraq" şeirləri Azərbaycan, rus, fransız və ingilis dillərində səsləndirilib, musiqili kompozisiyalar nümayiş olunub.
Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbir üçrəngli bayrağımızın zala gətirilməsi və "Azərbaycan" mahnısının səsləndirilməsi ilə yekunlaşıb.