“Meyvələrin şahı-Nar” müsabiqənin qalibləri məlum oldu

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Meyvələrin şahı-Nar” adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində "Meyvələrin şahı-Nar" adlı müsabiqənin mükafatlandırılması mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, vitse-prezidenti Yusif Abdullayev adına və keyfiyyətinə görə ölkə narının dünyada təbliği baxımından müsabiqənin əhəmiyyətini vurğulayıblar.

Müsabiqənin mövzusuna uyğun olaraq təqdim edilən rəsm və heykəltəraşlıq əsərləri nar meyvəsinə və ya nar ağacına həsr edilib. Sonda münsiflər heyəti tərəfindən hər bir kateqoriya üzrə üç qalib elan olunub. Qaliblər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimi Vüqar Əliyev "Nargilə" əsəri ilə I yerə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31