ABŞ Ukraynaya hərbi yardım EDƏCƏK

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər. Bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

Bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

"Bəli, bu son rəqəmdir. Ukraynaya hərbi yardımla bağlı təklif Senat və Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq", deyə mənbə bildirib.

Qeyd edək ki, hərbi yardımın verilməsi ilə bağlı yekun qərar Dövlət Departamenti və Pentaqon tərəfindən verilməlidir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31