Bayraq Gününə həsr olunan müsabiqəyə yekun vuruldu

Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvləri arasında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə başlayan esse müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, Bilik Fondunda keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gəncləri üçrəngli Azərbaycan bayrağını daim uca tutmağa çağırıb.

Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvləri arasında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə başlayan esse müsabiqəsinə yekun vurulub.

Olaylar.az bildirir ki, Bilik Fondunda keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gəncləri üçrəngli Azərbaycan bayrağını daim uca tutmağa çağırıb.

İcraçı direktor "Gənc jurnalistlər" Klubunun yaranma zərurətindən danışarkən bildirib ki, klub İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında imzalanmış Niyyət Protokoluna əsasən yaradılıb. Oktay Səmədov esselərlə tanış olduğunu bildirərək, tələbələrin vətən sevgisindən, düşüncə tərzindən, yazı üslublarından, mövzuya fərqli baxış sərgiləmələrindən məmnunluq duyduğunu vurğulayıb. 

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu gənclərə Dövlət Bayrağımızın yaranma tarixindən danışaraq, onun uğrunda canlarından keçənlərin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.

Dekan tələbə jurnalistlərə göstərilən diqqət və qayğıya görə Fondun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. V.Zivəroğlu qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın tələbələrin peşəkar jurnalistlərə çevrilməsində böyük rol oynayacağına inandığını dilə gətirib.

Bilik Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə 27 tələbə jurnalist qatılıb. Sonda qaliblərə mükafatlar verilib. Bununla yanaşı, bütün iştirakçılara Bilik Fondunun hədiyyələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31