“Olimpiada-2020” üçün robot köməkçilərin sınaqları keçirilir

Yaponiyada Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb. Müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur. Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.

Məlumata görə, robotların başlıca vəzifəsi ilk növbədə xarici turistlərə yardım göstərməkdən ibarətdir. Onların hamısı dörd - yapon, ingilis, Çin və Koreya dilində "başa düşür" və "danışır". Hökumət ümid edir ki, olimpiada və paraolimpiadada robot köməkçilərdən istifadə bütün dünyaya yüksəksəviyyəli yapon texnologiyasının nümayişi üçün gözəl fürsət olacaq.
 
Yapon texnologiyalarının populyarlaşdırılması məqsədilə hökumət, həmçinin 2020-ci ildə Ümumdünya Robotlar Sammiti keçirməklə bağlı qərar qəbul edib. Tədbirdə robotlar dəqiqlik, sürət və iş keyfiyyətinə görə yarışacaqlar. ХХХII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. "ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31