ABŞ 16 ildə müharibələrə bu qədər xərcləyib - ŞOK RƏQƏM

ABŞ 2001-ci ildən bu yana Asiya və Yaxın Şərqdə müharibələrə 5,6 trilyon dollar xərcləyib. Bu baqda Braunovski Universiteti yanında Uotson adına Beynəlxalq Tədqiqatlar İnstitutunun ekspertləri bildiriblər. Bu məbləğ ABŞ Müdafiə Nazirliyinin (Pentaton) açıqladığı rəqəmdən demək olar ki, dörd dəfə çoxdur. Pentaqonun açıqladığı məruzəyə görə, ABŞ Asiya və Yaxın Şərqdə müharibələrə xərclədiyi pul 1,5 trilyon dollar təşkil edir.

Yeni tədqiqatın müəllifi Neta Krouford bildirib ki, hesablamalara bütün büdcə xərclərini, həmçinin Pentaqonun balansında yer almayan xərcləri daxil etməyə çalışıblar. Məsələn, bura Amerika veteranlarına və uzunmüddətli tibbi müalicəyə ayrılan vəsait də daxildir.Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31