Hindistan paytaxtında havanın çirkliliyi üzündən məktəblər bağlanıb

Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklilik səviyyəsinin təhlükəli həddə çatması səbəbindən məktəblərin qismən bağlanması barədə göstəriş verib. “Interfaks” xəbər verir ki, şəhərin orta və aşağı sinif məktəblərində məşğələlər tamamilə dayandırılıb, yuxarı sinif məktəblərində isə dərslər qısaldılmış qrafiklə keçirilir. Şəhər rəhbərliyi havadakı çirklilik səviyyəsinin yüksələcəyi təqdirdə meqapolisdə benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəni məhdudlaşdırmaq niyyətindədir.

Hindistanın Dehli şəhərinin hakimiyyət orqanları havanın çirklilik səviyyəsinin təhlükəli həddə çatması səbəbindən məktəblərin qismən bağlanması barədə göstəriş verib. "Interfaks" xəbər verir ki, şəhərin orta və aşağı sinif məktəblərində məşğələlər tamamilə dayandırılıb, yuxarı sinif məktəblərində isə dərslər qısaldılmış qrafiklə keçirilir. Şəhər rəhbərliyi havadakı çirklilik səviyyəsinin yüksələcəyi təqdirdə meqapolisdə benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəni məhdudlaşdırmaq niyyətindədir.

Bu ərəfədə meteoroloqlar Dehli şəhərinin havasında zərərli maddələrin konsentrasiyasının normadan iki dəfədən də artıq olduğunu və "potensial təhlükə" səviyyəsinə çatdığını bildirib. Tibb müəssisələrinin əməkdaşları yerli əhaliyə mümkün qədər küçəyə çıxmamağı tövsiyə edib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı 2014-cü ildə Dehlini dünyanın ən çirkli şəhəri elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31