Bakı-Sumqayıt şosesində tıxacın aradan qaldırılmas ı üçün metrobus xətti yaradıla bilər

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlıq edir. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir. “Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir”, - deyə baş direktor vurğulayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC ilə sıx əməkdaşlıq edir. Bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir. "Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir", - deyə baş direktor vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31