Azertelecom şirkəti ilə Facebook korporasiyası arasında müqavilə imzalanıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru “Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin “Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədəmüqavilə imzalanıb.
8 Noyabr 2017 15:50 SosialAzərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru "Azertelecom" MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin "Azertelecom" MMC-nin Data mərkəzində yerləşdirilməsi barədəmüqavilə imzalanıb. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, artıq Facebook şirkətinin serverləri "Azertelecom" MMC-ninData mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib. Qeyd etmək lazımdır ki, bu serverlərin quraşdırılması ölkəmizdə yerli facebook istifadəçiləri üçün geniş imkanlar açır. Belə ki, facebook şirkətinin CDN serverlərinin "Azertelecom"un Data mərkəzində yerləşdirilməsi ilk öncə bu sosial şəbəkənin istifadəçilərinin facebook kontentinə daha qısa zaman ərzində qoşulması və tələb olunan kontenti daha asanvə sürətli şəkildə yükləməsi imkanınıyaradır. Digər tərəfdən facebookun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici data serverlərdən deyil, məhz "Azertelecom" MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardır. Eyni zamanda bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır. "Azertelecom" şirkətininFacebook korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasınımaneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da emalını sürətləndirir.