Ohanyan indi də arvadını Sərkisyana qarşı meydana sürür
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan öz partiyasını yaradacaq. Ermənistanın “İravunk” qəzeti Xaçaturyanın partiya yaradılması ilə bağlı hazırlığın üç aydır davam etdiyini yazıb.
8 Noyabr 2017 16:00 DünyaErmənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan öz partiyasını yaradacaq. Ermənistanın "İravunk" qəzeti Xaçaturyanın partiya yaradılması ilə bağlı hazırlığın üç aydır davam etdiyini yazıb.
Qeyd edək ki, Ohanyan istefaya göndərildikdən sonra müxalifət sıralarına keçib. O, İrs Partiyasının rəhbəri Raffi Ovanisyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanla birgə blok yaradıb. Parlament seçkisində iştirak edən bu blok böyük uğursuzluğa düçar olub. Erməni mətbuatı Ohanyanın hazırda Moskvada yaşadığını iddia edir. Axar.az