Qaçırdığı avtomobillə qəza törətdi
Avtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən paytaxt sakini Naib Hüseynova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Avtomobil noyabrın 7-də qəsəbə ərazisində maneəyə vurulmuş halda tapılıb. Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əsgərov tutulub.
8 Noyabr 2017 15:39 KriminalAvtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən paytaxt sakini Naib Hüseynova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. Avtomobil noyabrın 7-də qəsəbə ərazisində maneəyə vurulmuş halda tapılıb. Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əsgərov tutulub.