Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı konfrans keçirilib
Noyabrın 8-də UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNECin birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.
8 Noyabr 2017 15:50 SosialNoyabrın 8-də UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNECin birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradov Ulu öndər Heydər Əliyevin türk dünyasını birləşdirmək istiqamətində gördüyü işlərə diqqət çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun məhs bu uzaqgörən siyasətin özəyini təşkil etdiyini bildirib. Rektor BTQ-nin hər iki qardaş ölkə arasında iqtisadi sərhədləri aradan qaldırdığını və iqtisadi coğrafiyanı genişləndirdiyini qeyd edib. Ölkələr arasındakı iqtisadi və təhsil sahəsindəki əlaqələrdən bəhs edən rektor, UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu bildirərək, əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. UNEC rektoru türk ölkələri iqtisadiyyatından bəhs edən vahid dərsliyin hazırlanmasının vacibliyini vurğulayıb. O, türk dünyasının tanınmış simalarının adına mükafat təsis edilməsini də təklif edib. Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli-mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən də danışıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib. Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, dosent Mesut Özcan ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb, tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyini vurğulayıb.