İntihara aparan yollar
Dünyada hər gün baş verən intiharların beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanması, bu problemin çağdaş dünyamızın, həyatımızın və “alın yazısının” bəlli həqiqətlərindən biri kimi qəbul edilir. Məhz bu səbəbdən də bütün bəşəriyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək vacib məsələyə çevrilir.
8 Noyabr 2017 14:07 Sosialİradəsi zəif olanlar bu əməlin girovuna çevrilirlər
Dünyada hər gün baş verən intiharların beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanması, bu problemin çağdaş dünyamızın, həyatımızın və "alın yazısının" bəlli həqiqətlərindən biri kimi qəbul edilir. Məhz bu səbəbdən də bütün bəşəriyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək vacib məsələyə çevrilir. O baxımdan öncə intihar nədir, özünə qəsd hallarını, Allahın əmanətinə xəyanəti doğuran səbəblər nədən yaşanır və beynəlxalq aləmdə statistik məlumatlar bu barədə nə deyir kimi suallara aydınlıq gətirlməlidir. Əvvala qeyd edək ki, özünü öldürmə, suitsid latın sözündəndir, özümü öldürürəm mənasını verir. Bir qayda olaraq şəxsin müstəqil və könüllü olaraq özünü həyatdan məhrum etməsi ilə ifadə olunur. Fövqəladə dərəcədə mürəkkəb etik məsələdir və evtanaziyanı da özünü öldürməyə aid edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada təxminən 800 min özünü öldürmə faktları baş verir. Həyatda özünü müharibədə və ya başqa ekstremal şəraitlərdə, alturist hislərlə qurban vermə qəhrəmanlıq nümunəsidir, özünü öldürməyə aid edilə bilməz. ÜST-nın məlumatına əsasən, hər 40 saniyədən bir yer kürəsində bir insan şüurlu olaraq özünə qəsd etməklə həyatdan gedir. Bu mənada 15-29 yaşlar arasında özünü öldürmə halları dünya miqyasında ikinci yerdə durur.
"Pilisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əlıyev bildirib ki, AR CM-nin 125-ci maddəsində bu növ həyatdan məhrum etmə özünü öldürmə dərəcəsinə çatdırma kimi ehtiva edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji mərkəzinin mlumatına görə, 2016-cı il ərzində 327 intihar halı qeyd olunub. Mərkəzin qənaətinə görə, dünyada hər 100 min nəfərə düşən intihar faktlarının sayı 7 nəfər təşkil edir.Azərbaycanda vəziyyət kritik deyil. Əgər 2015-ci il ərzində 515 intihar halları qeydə alınmışdısa, qeyd etdiyim kimi, 2016 cı ildə bu rəqəm 327 olub: "Təbii ki, narahatlığa əsas var. Bəzən ictimaiyyət özünü öldürmə dərəcəsinə çatdırma faktlarından xəbərsiz olur, faktlar ictimaiyiləşmir, çəkindirmə halları barədə məlumat, özünü öldürmənin səbəblərinə əhəmiyyət verilmir, onu doğuran şəraitin aradan qaldırılması ləng həyata keçirilir və yaxud səbəblərə adi hal kimi yanaşılır. Bir qayda olaraq düşünməliyik ki, bütün bəşər mahiyyətcə bir orqanizmdir. Bu orqanizmin hər hansı bir əzasına zərər toxunarsa, onun digər azaları da əziyyət çəkir. İntiharlar harda, hansı diyarda olursa olsun, doğuran səbəblərlə beynəlxalq səviyyədə mübarizə davam etməlidir".
İntiharlar daha çox hansı səbəblərdən baş verir
Maraqlıdır, bəs intiharlara aparan yollar hansılardır və qurbananlar hansı hallarda intihara üz tutur? İçtimai Birlik sədri qeyd edib ki, intihar hallarının baş vermə səbələrinə şəxsi həyatdakı problemlər, ailə münaqişələri, boşanmalar, sevgidə "bəxtin gətirməməsi", uğursuz sevgi, yaxın adamın ölümü, itirilməsi və yaxud doğma şəxsin xronik xəstəliyi; tənhalıq, əhatəsində olanların qayğısından məhrum olma, diqqətin olmaması; ailədaxili münsibətlərdə xroniki və ya uzanan psixotravmatik şəraitin olması daxildir. Bundan başqa, təhsildə və işdə uğusuzluq, müflisləşmə, pul itkisi, sosial təcrübənin uğursuzluğu, insanın razılığı və istəyi olmadan onun seksual oriyentasiyasının və ya gender məsələlərinin açıqlanması da intihara səbə ola bilər. Həmçinin ağır, müalicə olunmaz samotik xəstəliklər, psixi xəstəliklər, depressiya vəziyyəti də intiharla nəticələnə bilər: "ÜST-in məlumatına görə, depressiya məruz qalanların 15%-i özünü həyatdan məhrum edənlərdir. Özünü öldürmə dərəcəsinə çatdırma hallarına təsir edən digər səbəblər də var: məqsədyönlü böhtan, hədələr, alçaltma halları; zorlamalar, fiziki əzab, işgəncə, döymə, konsertasion düşərgələrdə olarkən ağır şəraitə dözməmə; Həyatdan doyma, yorğunluq, yaşamağa marağın olmaması; Dini fanatizm, ritual özünü öldürmə və sair. Qeyd olunan səbəblərin hər biri özünü həyatdan məhrum etməyə apara bilər. Amma iradəsi zəif olanlar və hərəkətlərini ölçüb-biçə bilməyənlər bu əməlin girovuna daha tez düşürlər".
İntiharlara daha çox hansı ailə tiplərində rast gəlinir?
Ş.Əliyev bildirib ki, möhkəm və sağlam mühitin formlaşdığı aillərdəki sosial əlaqələr suitsid riskini azaldır. Ailədə uşaqların, ələlxüsus qadınların olması, həmçinin hamiləlik halları həyatdan məhrum etmə faktorlarının aşağı düşməsinə təsir edən risk faktorlarıdır. Dini inanc, xüsusilə dini fəaliyyətlərdə iştirak etmək, hiperməsuliyyət, yaradıcılıq planlarının olması, habelə fiziki əzablardan uzaq olan ailələrdə özünüöldürmə aktları önlənilir. Burada daha əhəmiyyətli rolu yaxınların və doğmaların dəstəyi, ailədki vəzifələrinin nədən ibarət olmasının fərqində olmaq, tam məşğulluq, psixoloji vərdişin mövcudluğu, məsələn, itkilərə dözə bilmək qabiliyyəti optimizm halları oynayır: "Bəzi halda özünü öldürmə (psevdosuitsid) affekt vəziyyətində baş versə də, daha çox qışqıraraq, "köməyə çağırmaqla" baş verir. Bunu bir növ ətrafın diqqətini özünə cəlb etmək üçün cəhd adlandırmaq olar. Bu hərəkət suitsidin nümayişkəranə sinfinə aid edilir. Həqiqi suitsid (parasuitsid) isə qeyd etdiyimizin əksinə olaraq yaxınların və doğmaların reaksiyalarından asılı olmayaraq, dostlarının təsiri olmadan nəyin bahasına olursa-olsun həyatdan məhrum olmağı qarşısına məqsəd qoyur. Bəzən şəxsin həyatı üçün təhlükə gözlənilməyən və təcili həyatdan məhrum olmağa səbəb olmayan davranışları da sonradan, tədricən onun həyatdan məhrum olmasına gətirib çıxarır. Lakin şəxs belə hallarda adi yanaşır, özü üçün təhlükə gözləmir. Məsələn, lazımi məşq keçmədən ekstrermal idman növü ilə məşğul olur. Hərbi təlimlərdə təhlükənin gözlənilməməsi, siqaretə, spirtli içkilərə dair asılılıq, tibbi yardımdan imtina və s. də bu qəbildəndir. Bəzi tədqiqatçılara görə, belə davranma özünü öldürmənin 3-cü sinfinə - gizli suitsidə aid edilir. Özünü öldürməyə cəhdə ciddi yanaşmaq lazımdır. Çünki böyük ehtimalla belə hallar ölümlə nəticələnir. Lakin qarşısı alınırsa belə hallarda da, şəxsin sağlamlığına, psixoloji durumuna ciddi zərər dəyir, uzun vaxt ərzində sağlamlığı bərpa olunmur. Zənnimcə özünə qəsdə cəhdin qarşısı alınandan sonra, özünü öldürməyə ikinci dəfə cəhd etmək ehtimalı yüksək olur".
Alim