Gövhər Baxşəliyeva: “Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”

“Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”. “Olaylar” xəbər verir ki, deputat Gövhər Baxşəliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu hal olduqca təhlükəlidir: “Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.

"Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir". "Olaylar" xəbər verir ki, deputat Gövhər Baxşəliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu hal olduqca təhlükəlidir: "Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik". Millət vəkili lavə edib ki, elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti bu illə müqayisədə 4,3 faiz artırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının beynəlxalq əhəmiyyətli tədbirlərinin keçirilməsini nəzərə alaraq bu tədbirlər üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır. G. Baxşəliyeva AMEA əməkdaşlarının maaşlarının azlığından şikayətlənib: "Onların aldığı maaş ürəkaçan səviyyədə deyil. Yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31