FHN əməkdaşları təltif olunublar
Fövqəladə Hallar Nazirliyində (FHN) “Xəzər-2017” beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medalları əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təqdim edib.
8 Noyabr 2017 13:53 SosialFövqəladə Hallar Nazirliyində (FHN) "Xəzər-2017" beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medalları əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təqdim edib. Nazir müavini təltif olunmuş FHN əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulayıb. Xatırladaq ki, noyabrın 2-3-də Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti" mövzusunda "Xəzər-2017" beynəlxalq təlimi keçirilib.