Prezident Maradona ilə futbol oynadı
Venesuela prezidenti Nikolas Maduro Karakasda səfərdə olan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə birgə uşaqlar üçün keçirilən ustad dərsində iştirak edib. Tədbirin sonunda dövlət başçısı Venesuelanın sabiq prezidenti Uqo Çavesin Maradona ilə çəkdirdiyi fotonu və Venesuela yığmasının “10” nömrəli maykasını keçmiş futbolçuya hədiyyə edib.
8 Noyabr 2017 09:05 DünyaVenesuela prezidenti Nikolas Maduro Karakasda səfərdə olan əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə birgə uşaqlar üçün keçirilən ustad dərsində iştirak edib.
Tədbirin sonunda dövlət başçısı Venesuelanın sabiq prezidenti Uqo Çavesin Maradona ilə çəkdirdiyi fotonu və Venesuela yığmasının "10" nömrəli maykasını keçmiş futbolçuya hədiyyə edib.
"Biz hamımız Nikolasın əsgərləriyik. Mən Nikolasa dəstək olmaq üçün bura gəlmişəm. Mən onun çox güclü olduğunu gördüm. O heç vaxt zəiflik göstərməyib. Yaşasın Maduro!", deyə Maradona bəyan edib. Publika.az