Şiə lider əmr verdi: "Kərkükdən çəkilin"

İraqda şiələrin lideri Müqtəda əl Sədr ona aid hərbi qüvvələr sayılan Seraya əs Salamın Kərkükdən çəkilməsi ilə bağlı əmr verib. Şiə lider yayımlanan yazılı açıqlamada deyib: "Səraya əs Səlam mücahidləri Kərkükdəki bürolarını 72 saat müddətində bağlayıb şəhəri tərk etməlidirlər.

İraqda şiələrin lideri Müqtəda əl Sədr ona aid hərbi qüvvələr sayılan Seraya əs Salamın Kərkükdən çəkilməsi ilə bağlı əmr verib. Şiə lider yayımlanan yazılı açıqlamada deyib: "Səraya əs Səlam mücahidləri Kərkükdəki bürolarını 72 saat müddətində bağlayıb şəhəri tərk etməlidirlər. Şəhərdəki təhlükəsizlik mexanizması sadəcə təhlükəsizlik qüvvələrinin əlində olmalıdır". Sədr digər şəhərlərdə də sabitliyin təhlükəsizlik qüvvələri tərəfindən qorunmasına işarə edib. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31