Kataloniyanın keçmiş lideri: “İspaniya Avropa qarşısında bir daha utanacaq”

Keçmiş Kataloniya lideri Çarlz Puiqdemont İspaniyanın ittihamlarına qarşı Avropdan kömək istəyib. Hazırda Belçikanın paytaxtı Brüsseldə olan keçmiş lider ölkədən qaçan 4 nazirlə birgə Kataloniya radiosuna açıqlama verib. 

Keçmiş Kataloniya lideri Çarlz Puiqdemont İspaniyanın ittihamlarına qarşı Avropdan kömək istəyib. Hazırda Belçikanın paytaxtı Brüsseldə olan keçmiş lider ölkədən qaçan 4 nazirlə birgə Kataloniya radiosuna açıqlama verib. O, İspaniyanın keçmiş Kataloniya hökumətinin 8 nazirini həbs etməklə insan haqlarını pozduğunu bildirib. Həmçinin, İspaniya hakimlərinin kataloniyalı liderlər haqqında çıxardığı qərarın Avropa məhkəmələri tərəfindən ləğv ediləcəyini gözlədiyini deyib: "Hər şey beynəlxalq məhkəmədə sona çatacaq və İspaniya bir daha beynəlxalq məhkəmə qarşısında utanc hissi yaşayacaq". O, bu sözləri deyərkən keçmişdə Bask bölgəsində yaşanan bəzi hadisələrdəm dolayı Avropa İnsan Haqları Məhkəməsinin İspaniyaya verdiyi cəzaları xatırladıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31