Vahid Əziz oxucuları ilə görüşdü

Noyabrın 7-də  Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.

Noyabrın 7-də  Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, şair Vahid Əzizlə görüş keçirilib.

Olaylar.az bildirir ki, görüşdə Türkiyə Bakı Böyükelçilik Kültür və Tanıtma müşavirinin müavini Adəm Kələş, Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnarə və Aygün İsgəndərovalar və oxucular iştirak ediblər.

İlk olaraq filialın müdiri Gülşən Abbasova qonaqları salamlayaraq, şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.

Tədbir zamanı oxucuların suallarını cavablandıraraq Vahid Əziz öz şerilərini ifa edib. Şair "Xatirə kitabı"na ürək sözlərini qeyd edərək yeni kitablarını kitabxanaya hədiyyə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31