Gündəm

Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir

7 Noyabr 2017 17:13

Çox adam bilmir ki, "Google" smartfon sahiblərinin bütün hərəkətlərini izləyir. Bu proses xəritədə qırmızı nöqtələrlə qeydə alınır ki, istifadəçinin il, ay, gün ərzində dəqiq harada olduğu müəyyən olunur. "Xüsusi rəy" filmində bir epizodu yada salaq: Tom Kruz polisdən gizlənir, amma heç cür qopa bilmir, çünki hər yerə torlu qişanın skanerləri sancılmış, onun vəziyyəti haqqında mərkəzi məlumat bazasını xəbərdar edir. Həyatımızda demək olar ki, bunun eynisi baş verir.

Putin silah bazasındakı “boz sxemlər”dən danışdı

7 Noyabr 2017 17:11

“Silah bazarının bəzi iştirakçıları beynəlxalq hüquq və normalardan yayınırlar”. Bu haqda Rusiyanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında ölkə prezidenti Vladimir Putin bildirib.

Moskvaya şok: Rusiyanın milyardları kürdlərə görə batır

7 Noyabr 2017 16:57

"Rosneft”in İraq Kürd Muxtariyyəti neftinin 70%-ə qədərini alması haqqında razılaşmanı yerinə yetirmək mümkün deyil. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraq Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat Məsələləri Komitəsinin sədri İzzət Saber söyləyib. Onun sözlərinə görə, yeni razılaşma üçün “Rosneft” artıq rəsmi Bağdada müraciət etməlidir: “Rosneft artıq 1 milyard dolları avans olaraq Ərbilə verib. Bu pullar Ərbilin Birləşmiş Ərəb Əmirliyinin “Dana Qaz” şirkətinə olan borclarının bağlanmasına yönəldilib. Bizim “Rosneft”lə müqaviləmiz 3 milyard dollar dəyərindədir. İkinci 1 milyardlıq pulu biz Türkiyənin Ceyhan limanına gedəcək qaz kəmərinin tikintisinə yönəldəcəyik. Üçüncü milyard dollar isə regiondakı 5 neft blokunun inkişafı üçün xərclənəcək.

Mustafa Kamal Atatürk Madam Tüssoda

7 Noyabr 2017 16:56

Noyabrın 10 – da İstanbulda Madam Tüsso muzeyində Mustafa Kamal Atatürkün heykəli sərgilənəcək. Olaylar.az bildirir ki, heykəl Atatürkün 1931 – ci ildə çəkdirdiyi rəsm əsasında, 4 ay müddətində hazırlanıb. Heykəl Madam Tüsso muzeyinin London studiyasında 30 –dan çox heykəltəraşın və araşdırmaçıların birgə iştirakı ilə tamamlanıb.

Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək

7 Noyabr 2017 16:55

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.

Nazirlikdən 4 əlli və 4 ayaqlı uşağın doğulmasına MÜNASİBƏT - YENİLƏNİB

7 Noyabr 2017 16:46

Səhiyyə Nazirliyi ölkədə 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirlikdən  bildirilib ki, uşaqların anomaliyalarla doğulması hallarına bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rast gəlinə bilər. Amma bu il ərzində 4 əlli və 4 ayaqlı uşağın doğulması halı qeydə alınmayıb:

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib - YENİLƏNİB

7 Noyabr 2017 16:44

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında keçirilən posesdə prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin iştirakı ilə nazirliyə 153 milyon manat ziyan vurulub. Prokuror təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.  Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib.

Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir

7 Noyabr 2017 16:40

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. Məlumata görə, bununla bağlı "Reklam haqqında" qanunda dəyişikliklər edilməsi təklif olunur.

“Əsas faktor azərbaycanlılar olacaq, ermənilər isə əlavə faktora çevriləcək”

7 Noyabr 2017 16:35

“Kim Bakı-Tbilisi-Qars layihəsinə tək iqtisadi, geosiyasi layihə kimi yanaşırsa onu ucuzlaşdırır. Çünki bu layihənin Azərbaycan prizmasından bir neçə üstünlükləri var”.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki,  BTQ prezidentin reallaşdırdığı ilk beynəlxalq layihədir ki, onu digər layihələrdən  fərqləndirən spesifik xüsusiyyətləri var.

“ABŞ-da Türkiyə ilə münasibətlərə zərər gətirmək istəyən qüvvələr kifayət qədər çoxdur”

7 Noyabr 2017 16:32

“ABŞ-ın ştatlarının qanunverici orqanlarında qanun layihələri və qərarların qəbul edilməsi sahəsində islahatlara ehtiyac var. Bu haqda 90-cı illərdə prezident Bill Klinton da çıxış edirdi”.

Yatan ərinin barmaq iziylə telefonunu açdı: həyatının şokunu yaşadı

7 Noyabr 2017 16:28

Qətərin Doha şəhərindən İndoneziyanın Bali şəhərinə doğru istiqamətlənən təyyarədə bir qadın sərnişin yanında yatan ərinin barmaq iziylə telefonunu açıb.

İndiyədək 14 mindən çox dinc sakin Yəmən münaqişəsinin qurbanı olub

7 Noyabr 2017 16:26

2015-ci ilin martından Yəməndə silahlı münaqişə səbəbindən 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Məlumata görə, bunu brifinqdə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill deyib. O bildirib ki, ölənlərin və xəsarət alanların sayı 2015-ci ilin martından indiyədək 14 168 nəfərə çatıb: "5295 nəfər həlak olub, 8873-ü yaralanıb. Bu rəqəmləri İdarənin Yəmən ofisi təqdim edib, lakin real rəqəmlər yəqin ki, daha yüksəkdir". Hazırda ölkədə 20 milyon nəfər - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.

Söz və mətbuat azadlığına yeni yanaşma

7 Noyabr 2017 16:22

Azərbaycan müstəqillik əldə etməsilə söz və mətbuat azadlığına yeni baxış oraya qoymuş oldu. Mediaya dəstək ənənəsinə sadiq qalan Azərbaycan Respublikası yeni formatlar ortaya qoymaqla həm də söz və mətbuat azadlığının inkişafına nail ola bildi. Qeyd etmək yerinə düşərdi ki, bu dəstək və qayğı kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsindən tutmuş onlara maliyyə yardımını göstərilməsinə qədər ən müxtəlif sahələri əhatə edir.

Bakı şəhərində əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

7 Noyabr 2017 16:21

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının zona turnirləri Bakı şəhərində davam etdirilir.  

Mənzildə huşsuz vəziyyətdə qalmış şəxs xilas edilib

7 Noyabr 2017 16:20

Bağlı qapı arxasında huşsuz vəziyyətdə qalmış şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanovrayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.