“Əsas faktor azərbaycanlılar olacaq, ermənilər isə əlavə faktora çevriləcək”
“Kim Bakı-Tbilisi-Qars layihəsinə tək iqtisadi, geosiyasi layihə kimi yanaşırsa onu ucuzlaşdırır. Çünki bu layihənin Azərbaycan prizmasından bir neçə üstünlükləri var”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, BTQ prezidentin reallaşdırdığı ilk beynəlxalq layihədir ki, onu digər layihələrdən fərqləndirən spesifik xüsusiyyətləri var.
7 Noyabr 2017 16:35 Siyasət"Kim Bakı-Tbilisi-Qars layihəsinə tək iqtisadi, geosiyasi layihə kimi yanaşırsa onu ucuzlaşdırır. Çünki bu layihənin Azərbaycan prizmasından bir neçə üstünlükləri var". Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, BTQ prezidentin reallaşdırdığı ilk beynəlxalq layihədir ki, onu digər layihələrdən fərqləndirən spesifik xüsusiyyətləri var.
Politoloq vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan Azərbaycan üçün böyük sınaq idi: "Biz bu layihəni reallaşdıranda ABŞ Konqresi kimi böyük güclə üz-üzə dayanmışdıq. Qərb BTQ-yə qədər həyata keçirdiyimiz layihələrə dəstək verirdi, bizim yanımızda idi. Lakin Qərb BTQ üçün problemlər yaratmağa başladı, onu maliyyələşdirmədi".
Politoloq deyib ki, Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı Rusiya hansı münasibətdə idisə, Qərb də BTQ layihəsinə qarşı eyni münasibətdə idi. M. Əhmədoğlu əlavə edib ki, BTQ layihəsinin reallaşdırılması ilə Azərbaycanın nəqliyyat infrastrukturu kamilləşdi. Politoloqun sözlərinə görə, İlham Əliyev prezidentliyə başladıqdan sonra gənc olduğu üçün ona qarşı təzyiqlər oldu: "Heydər Əliyevin dövründə olan layihələrdən fərqli olaraq BTQ-yə qarşı olan maneələrin mənbəyi çox idi. Heydər Əliyevin dövründə Ermənistan, ABŞ erməniləri Azərbaycanın reallaşdırdığı layihələrə mane olurdusa, İlham Əliyevin dövründə bura Cavaxetiya erməniləri də qoşuldu". O əlavə edib ki, İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Cavaxetiya erməniləri azərbaycanlı və türk faktorundan danışır. Bir neçə ildən sonra əsas faktor azərbaycanlılar olacaq, ermənilər isə əlavə faktora çevriləcək: "Geostrateji cəhətdən yanaşsaq, Gürcüstanın daxilində azərbaycanlı və türk zolağı yaranacaq".
Politoloq bildirib ki, Qərbdə elə düşünürdülər ki, İlham Əliyev BTQ layihəsini reallaşdıra bilməyəcək. Lakin BTQ İlham Əliyevi beynəlxalq aləmə siyasətçi kimi yeni səpkidə təqdim etdi. Azadinform.az