Söz və mətbuat azadlığına yeni yanaşma

Azərbaycan müstəqillik əldə etməsilə söz və mətbuat azadlığına yeni baxış oraya qoymuş oldu. Mediaya dəstək ənənəsinə sadiq qalan Azərbaycan Respublikası yeni formatlar ortaya qoymaqla həm də söz və mətbuat azadlığının inkişafına nail ola bildi. Qeyd etmək yerinə düşərdi ki, bu dəstək və qayğı kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsindən tutmuş onlara maliyyə yardımını göstərilməsinə qədər ən müxtəlif sahələri əhatə edir.

KİV-lərə göstərilən diqqət və qayğı medianın inkişafında yeni mərhələdir
 

Azərbaycan müstəqillik əldə etməsilə söz və mətbuat azadlığına yeni baxış oraya qoymuş oldu. Mediaya dəstək ənənəsinə sadiq qalan Azərbaycan Respublikası yeni formatlar ortaya qoymaqla həm də söz və mətbuat azadlığının inkişafına nail ola bildi. Qeyd etmək yerinə düşərdi ki, bu dəstək və qayğı kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsindən tutmuş onlara maliyyə yardımını göstərilməsinə qədər ən müxtəlif sahələri əhatə edir. Məhz bu dəstək və qayğının nəticəsidir ki, hazırda ölkədə keyfiyyətcə yeni medianın inkişafı davam etməkdədir. Xüsusən, Prezident İlham Əliyev tərəfindən söz və mətbuat asadlığının təmin olunması istiqamətində atılan bütün addımlar, görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş edir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması prosesi baş verməkdədir. Hüquqşünas Mirzə Manafov bildirib ki, Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri məhz müstəqillik illərinə təsadüf edir. Xüsusən, prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, həyata keçirdiyi islahatlar Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasının əsası kimi qəbul oluna bilər. Məlumat üçün qeyd edim ki, dövlət başçısı tərəfidən konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV haqqında" Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən "inqilabçı jurnalistika", yaxud "reket jurnalistikası" yavaş-yavaş sıradan çıxmağa başladı.
Onun sözlərinə görə, Azərbaycan hökuməti qanunvericilik bazasının təkmilləşdirilməsi ilə kifayətlənməyərək mətbuata maliyyə dəstəyi göstərmək qərarına gəldi. Hazırda dövlət Azərbaycan Prezidentinin Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) vasitəsilə mətbuatı himayə edir. Məlum olduğu kimi KİVDF yarandıqdan sonra qurumun Konsepsiyası qəbil edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı: "Əslində, Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, ardınca sözügedən Konsepsiyanın qəbulu müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Ona görə ki, KİV-ə dəstək verəcək yeni Fondun yaradılması, onun konkret fəaliyyət istiqamətlərini müəyəən edən Konsepsiyanın təsdiq edilməsi nəunki yurnalistlərin, hətta bütöv cəmiyyətin mətbuata yeni yanaşmasını və baxışını formalaşdırmış oldu. Çünki Konsepsiyada əksini tapan şərtlər birmənalı şəkildə jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Nəticə etibarilə bütün bunlar jurnalistikada mənəvi atributların və dəyərlərin yenidən bərqərar olunmasını şərtləndirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu".
Vəkil Aydın Bağırov qeyd edib ki, milli mətbuatımız sözün həqiqi mənasında şərəfli ötən inkişaf yolu keçmişdir. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir. Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Amma 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı sərəncam verdi. Bu isə öz növbəsində jurnalistlərə münasibətdə yüksəksəviyyəli qayğının zirvəsi idi. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksəksəviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksəksəviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də, əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi olur: "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmasında əsas məqsəd kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etməkdir ki, nəticədə media ictimai və dövlət maraqlarını həyata keçirə bilsin. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında bildirilir ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün tələbinə çevrilib". Onun sözlərinə görə, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin kütləvi informasiya vasitələrinin inkişafına müxtəlif formalarda yardım göstərməsini istisna etmir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir. Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçirilir. Hüquqşünas əlavə edib ki, kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur. Hazırda da kütləvi informasiya vasitələrinə maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir. Bu kimi tədbirlər ölkədə söz və fikir azadlığına göstərilən diqqət və qayğı ilə yanaşı, plüralizmin göstəricisi kimi də qəbul edilməlidir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31