“ABŞ-da Türkiyə ilə münasibətlərə zərər gətirmək istəyən qüvvələr kifayət qədər çoxdur”

“ABŞ-ın ştatlarının qanunverici orqanlarında qanun layihələri və qərarların qəbul edilməsi sahəsində islahatlara ehtiyac var. Bu haqda 90-cı illərdə prezident Bill Klinton da çıxış edirdi”.

"ABŞ-ın ştatlarının qanunverici orqanlarında qanun layihələri və qərarların qəbul edilməsi sahəsində islahatlara ehtiyac var. Bu haqda 90-cı illərdə prezident Bill Klinton da çıxış edirdi". Bu fikri politoloq Zaur Məmmədov ABŞ-ın 48-ci ştatı tərəfindən uydurma erməni soyqırımının tanınmasını şərh edərkən deyib.

O qeyd edib ki, məsələ burasındadır ki, ABŞ-da tam leqal formada lobbi şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər xidmət etdikləri qrupların maraqlarının parlamentdə qəbul edilməsinə səy göstərməklə məşğuldurlar: "Erməni diasporası öz maliyyə imkanlarından istifadə edərək bir çox siyasətçiləri öz tərəfinə çəkərək xeyirlərinə olan qərarların verilməsinə nail olurlar". 

Politoloq vurğulayıb ki, ABŞ və Türkiyə eyni siyasi və hərbi bloklarda təmsil olunurlar: "Bu dövlətlər öz xarici siyasətlərində və bir-birinə qarşı münasibətlərdə təmsil olduqları blokların, təşkilatların maraqlarını unutmamalıdırlar. Hər iki dövlət bir-birinə lazımdır. Təəssüflər olsun ki, ABŞ-da Türkiyə-ABŞ münasibətlərinə zərər gətirmək istəyən qüvvələr kifayət qədər çoxdur". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31