Gündəm

Özünü doqquzmərtəbəli binadan atmaq istədi

7 Noyabr 2017 16:19

Yasamal rayonunda intihara cəhd qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb. Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

Lənkəranda 4 otaqlı ev külə dönüb

7 Noyabr 2017 16:17

Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib

7 Noyabr 2017 16:16

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verərək ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.

SOCAR təmsilçiləri Heydər Əliyevin məzarını ziyarət edib

7 Noyabr 2017 16:14

SOCAR-ın rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, SOCAR kollektivi ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhuna dualar oxuyub, abidəsi önündə baş əyiblər.                               

Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir

7 Noyabr 2017 16:13

“Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev səsləndirib.

AzTU-da Dövlət Bayrağı günü qeyd edilib

7 Noyabr 2017 16:12

Noyabrın 7-də Azərbaycan Texniki Universitetində 9 noyabr Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb. Universitetin prorektoru İsa Xəlilov AzTU-nun rəhbərliyi adından hər iki bayram münasibəti ilə tələbələri təbrik edib.

50-dən çox sənədli filmin ssenarisi təqdim edilib - MÜSABİQƏ

7 Noyabr 2017 16:11

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün elan etdiyi ssenari müsabiqəsi başa çatıb. Kinematoqrafçılar İttifaqından Olaylar.az - a verilən məlumata görə, müsabiqəyə 50-dən yuxarı sənədli filmin ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun ssenarilər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Əvvəlcədən adları məxfi saxlanılan münsiflər bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adlarını açıqlayacaq.

Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

7 Noyabr 2017 16:11

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı.

Zahid Oruc: “AZAL-ın fəaliyyəti turizmin inkişafına ziyan vurur”

7 Noyabr 2017 16:10

AZAL-ın fəaliyyəti Azərbaycanda turizmin inkişafına ziyan vurur. Məlumata görə, bunu deputat Zahid Oruc parlamentdə komitələrin birgə iclasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün AZAL-ın texniki parkı çox yüksək səviyyədə qurulsa da, işini düzgün qura bilməyib: “AZAL-ın reyslərinin, onun dövriyyəsinin artmasına baxmayaraq, hələ də bu qurumun 650 milyon dollar borcu var.

Elmar Məmmədyarov isveçli həmkarı ilə Qarabağdan danışıb

7 Noyabr 2017 16:09

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlərə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. Bu il Azərbaycanla İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi məmnuniyyətlə vurğulandı.

Bayrağımız qürurumuzdur

7 Noyabr 2017 16:07

Noyabrın 8 – də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  Xətai Rayonu Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması məqsədi ilə həyata keçirilir.

Park Cinemada Tünzalə Ağayeva ilə ulduzlu nümayiş

7 Noyabr 2017 16:06

Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı  Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə Ağayeva olub. Olaylar.az bildirir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.

Samir Şərifov: “Banklarda qorunan əmanətlər 2019-cu ilədək qaytarılacaq”

7 Noyabr 2017 16:04

“Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir”.

İki nəhəng dövlət Suriya böhranında birəşdi - Terrorla mübarizədə SON NÖQTƏ

7 Noyabr 2017 15:59

Rusiya Hava Qüvvələri ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada rabitə kanalları qurub. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Ali Rada erməni naziri postunda saxladı

7 Noyabr 2017 15:57

Ukrayna Ali Radası daxili işlər naziri Arsen Avakovun vəsifəsindən çıxarılması haqqında qətnamə layihəsini rədd edib.  Qətnamə layihəsinə iclasda iştirak edən 297 deputatdan yalnız 31-i səs verib.