Gündəm
Prezidentdən MÜHÜM TAPŞIRIQ
Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək. “Olaylar” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib: “Bilirsiniz ki, Nazirlər Kabineti “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub.
“ASAN xidmət” və “ASAN Kommunal” Bayraq Günündə işləməyəcək
9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə ASAN-dan məlumat verilib. Bildirilib ki, noyabrın 10-dan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cəbhə bölgəsində 9 noyabr- Bayraq günü qeyd edildi
Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr – Bayraq günü münasibəti ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq bildirdi ki, ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur.
Karapetyan hara, Əliyevlə danışıqlar aparmaq hara?
Ermənistanda gələn ilin aprelində baş nazirin kim olacağı barədə intriqalar qızışır. Əvvəllər prezident Serj Sərkisyan həyata keçirdiyi Konstitusiya dəyişikliklərindən və parlament üsul-idarəçiliyinə keçiddən sonra baş nazir postunu tutmayacağını desə də indi belə görünür ki, onun hakimiyyətdən əl çəkmək niyyəti yoxdur. Buna görə də gələn ilin aprelində-konstitusiya dəyişikliklərinin qüvvəyə minməsindən sonra Sərkisyanın baş nazir qismində hakimiyyət başında qalacağına şübhə azdır.
Nazir: "Bəzi dövlət qurumlarının maliyyə vəziyyətinə baxılıb"
"Bəzi dövlət qurumlarının maliyyə vəziyyəti ilə bağlı məsələyə baxılıb". Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirərkən deyib.
Peskov Putin və Trampın görüşəcəyini təsdiqləyib
"Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə etmək imkanı olacaq". Məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
BTQ-nin region ölkələri üçün əhəmiyyəti Avropa mediasının gündəmində
Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə yayımlanıb. Məqalədə BTQ dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir, Azərbaycan Prezidenti İlham Əliyevin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.
Azərbaycanlı qardaşlar münsifləri şoka saldılar - VİDEO
Qubalı pəhləvanlar olan Laçın və Hüseyn Abdulhüseynov qardaşları ABŞ-ın "America Got Talant" istedadlar yarışmasından sonra, bu dəfə Gürcüstanın "Georgia Got Talent" proqramında möhtəşəm performansla yadda qalıblar.
NATO Əfqanıstanda missiyasının sayını artırır - 16 min nəfərədək
NATO 2018-ci ildə Əfqanıstanda qeyri-hərbi missiyasının sayını 13 mindən 16 min nəfərədək artıracaq. Məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin 8-9 noyabr görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
"Bəzi aparıcılarımız ibrət götürməyə başlayıblar"
Televiziya sahəsində aparılan monitorinqlərə nəzər yetirsək, əvvəlki illərlə müqayisədə qeydə alınan problemlərin sayında azalma müşahidə edirik. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
“Azərbaycanı qiymətləndirməmək olmaz” - Almaniyalı hücumçu
Norveçlə oyun bizim üçün acı sonluqla nəticələndi. Bu məğlubiyyət bizə çox pis təsir etdi. Bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Filip Oxs deyib. Bundestim AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.
Elariz: "Aygün Kazımova "Zaparoji"mdən düşmürdü"
Müğənni Elariz Məmmədoğlu xalq artisti Aygün Kazımova ilə bağlı etiraflar edib. Sənətçi "Günə davam" verilişində aparıcının "Aygün Kazımova restoranların birində çalışanda sən də orada işləyirdin. Yeni ayrılmışdı, körpə uşağı var idi, çətin günlər yaşayırdı. Ona həmin ərəfədə sən kömək etdin. İndi dostluğunuz davam edir" sualına belə cavab verib: "Bəlkə bu söhbəti etməyək? Sənətdə ilk addımları idi.
Novruz Məmmədov: “Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər"
“Ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP XX və XXI əsr miqyasında götürsək dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.
Noyabrın 9-u iş olmayacaq
Azərbaycanda Dövlət Bayrağı Günü münasibəti ilə bir gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, yalnız noyabrın 9-da qeyri-iş günüdür.
ABŞ helikopterləri Suriyada İŞİD komandirlərini xilas edib
Suriyada hökumət qüvvələri tərəfindən Meyadin şəhərinin azad edilməsindən iki həftə əvvəl Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən evakuasiya edib. Onların sözlərinə görə, Amerikanın hərbi helikopterləri öncə Ər-Rahba rayonunda manevrlər edib, daha sonra isə ərazi bombalanıb. “Biz gizləndikdən sonra Amerikaya məxsus bir neçə helikopter yerdə onları gözləyən İŞİD komandirlərini götürüb getdi”- yerli sakin Məhəmməd Əvəd əl-Hüseyn deyib.














