“Azərbaycanı qiymətləndirməmək olmaz” - Almaniyalı hücumçu

Norveçlə oyun bizim üçün acı sonluqla nəticələndi. Bu məğlubiyyət bizə çox pis təsir etdi. Bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Filip Oxs deyib. Bundestim AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.

Norveçlə oyun bizim üçün acı sonluqla nəticələndi. Bu məğlubiyyət bizə çox pis təsir etdi. Bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Filip Oxs deyib. Bundestim AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq. Ötən ay Norveçə məğlub olduqları (1:3) matçı xatırladan Oxs komandasında çatışmayan cəhətlərdən danışıb. "Hoffenhaym"ın hücumçusu Azərbaycanla görüşə məsuliyyətli hazırlaşdıqlarını bildirib: "Meydanda əzmlə mübarizə aparmalı və daha ürəkli çıxış etməliyik. Norveçlə qarşılaşmada bizdə çatışmayan cəhət bu idi. Azərbaycanla oyuna isə ciddi yanaşmalıyıq. Rəqibi qiymətləndirməmək olmaz".
 
Qeyd edək ki, Azərbaycan - Almaniya qarşılaşması "Dalğa Arena"da keçiriləcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31