Gündəm
Cənubi Koreya xalqı ayağa qalxdı: “Trampa və müharibəyə yox”
ABŞ prezidenti Donald Trampın Asiya səyahəti çərçivəsində Cənubi Koreyaya səfər etməsi yerli xalqı hiddətləndirib. Cənubi Koreya xalqı ABŞ-ın Şimali Koreya ilə yaşadığı nüvə böhranına etiraz olaraq küçələrdə aksiyalar keçirməyə başlayıb. Hava limanında “Trampa və müharibəyə yox” pankartları ilə qarşılanan prezidentə qarşı etiraz aksiyaları getdikcə şiddətlənməkdə və genişlənməkdədir. Etirazçılar ABŞ-ın “THAAD” ballistik raket sisteminin Seonqyu şəhərində yerləşdirilməsindən narahat olduqlarını dilə gətirirlər. Onlar bu sistemlərin ətraf mühiti çirkləndirdiyini və kəndləri təhlükə altına atdığını bildirir.
Əli Məsimli: “İnflyasiyanın 2 rəqəmli olmasına səbəb süni qiymət artımıdır”
“Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır". “Olaylar” xəbər verir ki, bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.
"Qalatasaray" məşhur şərhçini məhkəməyə verir
"Qalatasaray" idman şərhçisi Rıdvan Dilmeni məhkəməyə verməyə hazırlaşır. Klubun yaydığı açıqlamada bildirilib ki, Rıdvan Dilmen 4 oktyabrda efirə gedən "Yüzdə yüz futbol" verilişində klubu qanunsuz iş görməkdə ittiham etdiyinə görə haqqında araşdırma tələb edəcəklər.
Borc söhbəti Vüsaləni özündən çıxartdı: "Faktı varsa, ortaya qoysun"
Tanınmış jurnalist Ülviyyə Alovlunun "Maşın şou"nun iştirakçısı Vüsalə Kərimova ilə bağlı səsləndirdiyi ittiham cavabsız qalmayıb. V.Kərimova Ü.Alovlunun yalan danışdığını deyib: "Günelin cavabını verdim, indi də, deyəsən, Ülviyyə mənim adımla reklam olunub, işə düzəlmək istəyir. Oyun bitib, bu da bilmir özündən nə düzüb-qoşub danışsın.
İnkişaf etmiş ölkələrdə korrupsiya reytinqi hansı səviyyədədir?
Korrupsiya müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən, paralel olaraq beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Güman etmək olar ki, bu sosial bəlanın tarixi bəlkə də insanın dünyaya ilk addım atmasından başlayır. Belə günmanlara əsas verən insan təbiətindəki uyğun özünügörmə instinktləridir ki, o, digərləri ilə mübarizədə qələbə əzminə arxalanır və əslində heç də mənfi olmayan bu keyfiyyətlər insanın daxilindən uyğun etik normalarla tənzimlənmirsə, nəticədə hansısa digər insan hüquqları pozulur, yaxud cəmiyyətə ziyan dəyir.
Yaxın və Orta Şərqdə yeni münaqişə mənbəyi
Region yeni müharibə və qarşıdurma təhlükəsi iə üz-üzə dayanıb. Regionda mövcud olan dövlətlər arası münaqişələrin sırasına yenisi əlavə olunmaqdadır. Səudiyyə Ərəbistanı İranla arasındakı ziddiyyəti davam etdirmək iqtidarında olmayaraq qarşıdurmanı yeni səviyyəyə keçirir. Yaxın və Orta Şərqdə hadisələr mövcud ölkələrin bir-birinə qarşıdurmasının güclənməsi istiqamətində inkişaf etməkdədir. Region bir münaqişəni başa çatdırmamış digər ziddiyyətlə üz-üzə dayanır. İŞİD son günlərini başa vurmaq üzrə idi. Gözlənilirdi ki, nəhayət bölgəyə sabitlik gələcək. İndi də Səudiyyə Ərəbistanı və İran arasında uzun müddət davam edən soyuq müharibənin qızışması ehtimalı güclənməkdədir.
Multikulturalizm demokratik mühitin məhək daşıdır
Multikulturalizm Azərbaycanda təşəkkül tapmış ictimai-siyasi sabitliyi və milli-mənəvi həmrəyliyi şərtləndirən əsas amillərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri siyasi və hüquqi müstəvidə daha da gücləndirilmiş, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin, azərbaycançılıq məfkurəsinin önəmli təməl sütunlarından birinə çevrilmişdir. “Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun illər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir” - deyən Ümummilli Lider Azərbaycan cəmiyyətinin bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, ölkəmizi milliyyətindən və dinindən asılı olmayaraq, burada yaşayan müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırmışdır.
Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artıracaq
Son günlər Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll ediləcəyinə dair müxtəlif fikirlər, proqnozlar səslənməkdədir. Xüsusilə. bu kimi fikir və proqnozlar Rusiya ilə Türkiyə arasında münasibətlərin bir qədər də istiləşməsi və qarşılıqlı faydalı əməkdaşlığın artması fonunda müşahidə edilir. Məlumat üçün qeyd edək ki, hələ məlumn təyyarə krizindən sonra baş tutan Putin-Ərdoğan görüşü ərəfəsində Qarabağ probleminin Ankara və Moskvanın birgə səyi nəticəsində həll ediləcəyinə dair fikirlər dövriyyəyə gəlmişdi. O zaman bu kimi ehtimallar ciddiyə alınmasa da, lakin zaman-zaman iki ölkə arasında artan xoş münasibətlər mövzunun aktuallığını daha da artırır.
Hansı hallarda kişi yoldaşından boşana bilməz?
Rəsmi statistika Azərbaycanda boşanmaların sayının artmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. Ötən il 11 min boşanma faktı qeydə alınıb ki, bu da 2011-ci illə müqayisədə 0,3 faiz çoxdur. Bu isə ailənin dəyərli hesab olunduğu ölkəmiz üçün böyük göstəricidir. Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə boşanma proseduru daha mürəkkəbdir. Yəni tərəflər istədikləri zaman boşana bilməzlər. Bunun üçün müəyyən zaman gözləməyə məcburdular. Məsələn, İtaliyada boşanmaq istəyənlər ərizə verdikdən sonra 3 il, Almaniyada 3 ilə qədər zaman keçəndən sonra boşana bilər. Fransada tərəflərdən biri boşanmaya razı deyilsə, 6 il ayrı yaşamalıdırlar, yalnız bundan sonra boşanmaları mümkündür. Argentina, Kolumbiya və İrlandiyada isə boşanmaya yalnız xüsusi hallarda icazə verilir. Bəs Azərbaycanda ər-arvad boşanmaq üçün nə qədər gözləməlidir? Nikaha xitam verilməsinin əsasları və prosedurları necədir?
Zahid Oruc: “Azərbaycan Hökuməti Dağlıq Qarabağa vəsait ayırmalıdır”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc büdcədən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib. “Olaylar”ın məlumatına görə, deputat 2018-cil dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycan sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışıb: “Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm.
Millət vəkilindən Hesablama Palatasına təklif
"Dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Çünki bir çox hallarda dövlət zəmanəti ilə ayrılan kreditlər təyinatı üzrə xərclənmir. Bu məsələdə pərakəndəlik aradan qaldırılmalı, şəffaflıq təmin olunmalıdır”.“Olaylar”ın məlumatına görə, bunu 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.
Samir Şərifov Siyavuş Novruzovun iradlarına cavab verdi
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.“Olaylar” xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barəd səsləndirilən iradla razılaşmır. S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.
Ərdoğan: Bakı-Tbilisi-Qars regionun ticarət potensialını artıracaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.
RƏSMİ AÇIQLAMA – İşıq pulu 17:00-dan sonra bahalaşacaq
Vicdan azadlığı nədir?
Vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür.














