Yaxın və Orta Şərqdə yeni münaqişə mənbəyi

Region yeni müharibə və qarşıdurma təhlükəsi iə üz-üzə dayanıb. Regionda mövcud olan dövlətlər arası münaqişələrin sırasına yenisi əlavə olunmaqdadır. Səudiyyə Ərəbistanı İranla arasındakı ziddiyyəti davam etdirmək iqtidarında olmayaraq qarşıdurmanı yeni səviyyəyə keçirir. Yaxın və Orta Şərqdə hadisələr mövcud ölkələrin bir-birinə qarşıdurmasının güclənməsi istiqamətində inkişaf etməkdədir. Region bir münaqişəni başa çatdırmamış digər ziddiyyətlə üz-üzə dayanır. İŞİD son günlərini başa vurmaq üzrə idi. Gözlənilirdi ki, nəhayət bölgəyə sabitlik gələcək. İndi də Səudiyyə Ərəbistanı və İran arasında uzun müddət davam edən soyuq müharibənin qızışması ehtimalı güclənməkdədir.

Əlimusa İbrahimov: "Səudiyyə Ərəbistanı və İran addım-addım uçuruma yaxınlaşır"

Region yeni müharibə və qarşıdurma təhlükəsi iə üz-üzə dayanıb. Regionda mövcud olan dövlətlər arası münaqişələrin sırasına yenisi əlavə olunmaqdadır. Səudiyyə Ərəbistanı İranla arasındakı ziddiyyəti davam etdirmək iqtidarında olmayaraq qarşıdurmanı yeni səviyyəyə keçirir. Yaxın və Orta Şərqdə hadisələr mövcud ölkələrin bir-birinə qarşıdurmasının güclənməsi istiqamətində inkişaf etməkdədir. Region bir münaqişəni başa çatdırmamış digər ziddiyyətlə üz-üzə dayanır. İŞİD son günlərini başa vurmaq üzrə idi. Gözlənilirdi ki, nəhayət bölgəyə sabitlik gələcək. İndi də Səudiyyə Ərəbistanı və İran arasında uzun müddət davam edən soyuq müharibənin qızışması ehtimalı güclənməkdədir. Livanda Baş Nazirin istefa verməsi və onun bu hərəkətinə İranın səbəb olması haqqında bəyanatı, Səudiyyə Ərəbistanında təmizlik və sadiqlikdə şübhələnən qüvvələrin həbsə atılması, Yəməndən Ər-Riyada raket buraxılması.... bütün bunlar yaxınlaşmaqda olan yeni faciədən xəbər vermirmi? Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketin İrana aid olduğunu bildirməklə və bunu müharibə elanı kimi qiymətləndirməklə nə məqsəd güdür? Bəlkə region İŞİD, İraq, Suriya münaqişələrindən daha da dağıdıcı olacaq bir münaqişəyə addım-addım yaxınlaşmaqdadır?
Siyasi elmlər üzrə Fəlsəfə Doktoru, politoloq Əlimusa İbrahimov bildirib ki, görünən budur ki, İranın regionda yeritdiyi iddiaların qarşısını almaq və ya, qlobal güclərin buradakı ambisiyalarına mane olacaq qüvvəni aradan götürmək missiyası bu gün Səudiyyə Ərəbistanına həvalə olunub. Bu və buna oxşar missiyanı yerinə yetirmək üçün zaman-zaman müxtəlif ölkələr irəli çəkilir. Onların qarşısına vəzifələr qoyulur, vədlər verilir. Son yüz ildə Türkiyə, İraq, Suriya, İsrail kimi olkələr nümunə göstərilə bilər. Son parlaq misal isə İraqdır. İslam İnqilabını beşikdə boğmaq vəzifəsini üzərinə götürən İraqın sonda hansı faciələrlə üzləşdiyini unutmaq mümkün deyil. Bu gün Səudiyyə Ərəbistanı və İran addım-addım uçuruma yaxınlaşırlar: "İran qarşıdurmanı zəiflətmək istiqamətində geri addım atmır. ABŞ və onun himayəsində olan qüvvələrin buraxdıqları kobud səhvlərdən istifadə edərək regionda daha da güclənir. Bu gün istənilən münaqişə bölgəsində bu İslam dövləti daha fəal işləyir nəinki digər qlobal güclər. İran eyni zamanda Rusiya və Türkiyəni də öz arxasınca aparır. Suriyada , İraqda və Yəməndə ABŞ Türkiyə və Rusiyanın əleyhinə olan qüvvələri silahlandırmaqla bu ölkələrlə qarşıdurmaya girirsə, İran onlarla birgə çalışır , Türkiyə və Rusiyanın maraqlarını gözləyir. Beləliklə İran əleyhinə atılan addımlar nəticədə onun nufuzuna xidmət edir. Yumşaq güclə, əldə olan vasitələrlə İranı bölgədə neytrallaşdıra bilməyən qüvvələr təbii ki, nəticədə hərbi gücə əl atmaq məcburiyyətində qalıblar. İranla üz-üzə müharibə aparacaq qüvvə təbii ki, ABŞ və İsrail deyil yenə müsəlman dövləti və region dövləti olmalıdır. 37 il bundan əvvəl olduğu kimi. O zaman İraq seçilmşdi. O zaman İraqa vədlər verilir , onu regional dövlət səviyyəsinə qaldırırdılar. Bu gün Səudiyyə Ərəbistanı bu roldadır. Görünür demokratik yollarla Yaxın Şərqdəki rejimləri hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyü qənaəti möhkəmlənmışdir. Ərəb Baharı da istənilən nəticəni vermədi. Deməli digər yolları işə salmaq lazımdır. Görəsən Kral və onun ailəsi onlar üçün hazırlanan tələdən xəbərdardırlarmı?

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31