Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artıracaq
Son günlər Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll ediləcəyinə dair müxtəlif fikirlər, proqnozlar səslənməkdədir. Xüsusilə. bu kimi fikir və proqnozlar Rusiya ilə Türkiyə arasında münasibətlərin bir qədər də istiləşməsi və qarşılıqlı faydalı əməkdaşlığın artması fonunda müşahidə edilir. Məlumat üçün qeyd edək ki, hələ məlumn təyyarə krizindən sonra baş tutan Putin-Ərdoğan görüşü ərəfəsində Qarabağ probleminin Ankara və Moskvanın birgə səyi nəticəsində həll ediləcəyinə dair fikirlər dövriyyəyə gəlmişdi. O zaman bu kimi ehtimallar ciddiyə alınmasa da, lakin zaman-zaman iki ölkə arasında artan xoş münasibətlər mövzunun aktuallığını daha da artırır.
7 Noyabr 2017 14:33 SiyasətGələn həftə bütün diqqət Moskvaya yönələcək
Son günlər Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll ediləcəyinə dair müxtəlif fikirlər, proqnozlar səslənməkdədir. Xüsusilə bu kimi fikir və proqnozlar Rusiya ilə Türkiyə arasında münasibətlərin bir qədər də istiləşməsi və qarşılıqlı faydalı əməkdaşlığın artması fonunda müşahidə edilir. Məlumat üçün qeyd edək ki, hələ məlumn təyyarə krizindən sonra baş tutan Putin-Ərdoğan görüşü ərəfəsində Qarabağ probleminin Ankara və Moskvanın birgə səyi nəticəsində həll ediləcəyinə dair fikirlər dövriyyəyə gəlmişdi. O zaman bu kimi ehtimallar ciddiyə alınmasa da, lakin zaman-zaman iki ölkə arasında artan xoş münasibətlər mövzunun aktuallığını daha da artırır. Bu günlərdə yenidən Dağlıq Qarabağ probleminin Rusiya və Türkiyənin səyi nəticəsində həll ediləcəyinə dair fikirlər gündəmin əsas müzakirə mövzusuna çevrilib. Hətta münaqişənin həll ilə əlaqədar variantın da ortada olduğu bildirilir. İlkin mərhələdə işğal altında olan 5 rayonun işğaldan azad edilməsi nəzərdə tutulur. Təbii ki, bunun qarşılığında həm Rusiya, həm də Ermənistanın maraqlarına xidmət edən müəyyən nüanslar da var. Konkret olaraq problemin həlli istiqamətində danışıqlar prosesinə nə zaman start veriləcəyi tarix açıqlanmasa da, sözügedən məsələnin yaxın günlərdə Kreml rəhbəri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə müzakirə mövzusu olacağı vurğulanır. Bəs görəsən bu nə dərəcədə mümkündür və Putinlə Ərdoğan Qarabağa sülh gətirə biləcəkmi? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Rusiyaya səfəri çərçivəsində prezident Vladimir Putinlə Qarabağ münaqişəsinin xüsusi müzakirəsi gözlənilir. Politoloqun sözlərinə görə, bu görüş Türkiyə-Rusiya əlaqələrinin siyasi-iqtisadi spektrlərinə həsr olunacaq: "Əsasən "Türk axını" qaz kəmərinin tikintisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyət, Qərb-Türkiyə əlaqələri fonunda Rusiya ilə bundan sonrakı münasibətlərin perspektivləri əsas müzakirə predmeti təşkil edəcək. Bu görüşdə iki ölkə arasında yeni müqavilələrində bağlanılması gözlənilir. Azərbaycanın diqqətlə gözlədiyi məsələ Dağlıq Qarabağ konfliktinin Ərdoğanın Putinlə müzakirə edəcəyidir. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Putinlə münaqişənin həlli istiqamətində danışıqlar aparıb. Bundan əlavə regionda böyük geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi üçün yenidən Ankaranın Moskva ilə münaqişənin həllini müzakirə etməsinə ehtiyac yaranıb. Çünki, Türkiyə Minsk qrupunun üzvüdür və problemin həllinə töhfə vermək üçün yaxından iştirakı qanunauyğundur". Məhəmməd Əsədullazadə deyib ki, hazırda Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən siyasi şərtlər daxilində müəyyən dərəcədə siyasi ortaq məxrəcə gəlib: "İqtisadi əməkdaşlığın inkişafı iki ölkə üçün strateji tərəfdaşlığa qədər yüksəlib. İki ölkə arasında hazırkı münasibətlər yüksək səviyyədə olsa da, bu Ərdoğan və Putinin şəxsi xarakterlərinin Qərbə baxışından irəli gəlib. İki ölkə daimi siyasi rəqib olub, xüsusilə Türkiyə NATO üzvüdür və Qərblə strateji müttəfiqdir. Qərblə Türkiyə arasında siyasi konforantasiya müvəqqəti xarakter daşıyır. Bundan irəli gələrək Ankara və Moskvanın Qarabağ problemini həll etmək qədər yaxın olması, xüsusilə Rusiya tərəfindən mümkün görünmür. Ərdoğanın qeyd etdiyi kimi "Putin istərsə, münaqişə həll edilə bilər" tezisi Moskva səfərindən öncəsi, Kremlə mesaj idi. Amma Kreml konfliktinin həllini istəyirmi, əlbəttə ki, xeyir. Vladimir Putin indiki şərtlər daxilində status-kvonu qorunmasına çalışır. Qeyd edək ki, Ərdoğanla danışıqlar prosesində müəyyən həll variantları müzakirə ediləcək. Ortada olan "Lavrov planından" kənar, Rusiya heç bir həll planına uyğun addım atmayacaq. Çünki, Ərdoğanla Putinin münaqişəyə baxışında ciddi fərq var. Ərdoğan mərhələli, Putin isə " paket həllini" irəli sürür". Politoloq deyib ki, hazırda münaqişənin həllində əsas maneə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi, Laçın və Kəlbəcərin Azərbaycana verilməməsidir: "Həmçinin Qarabağa yekun statusda referendumun qeyd edilməsidir. Vladimir Putinin bu planından geri çəkilməsi mümkün görünmür. Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artırsa, konfliktin həllinə real imkanlar yaransa da, Putin hələki gözləmək mövqeyində olacaq. Gələn ildə münaqişəsinin həllində irəliləyiş gözlənilmir".
S.İsmayılbəyli