Ərdoğan: Bakı-Tbilisi-Qars regionun ticarət potensialını artıracaq
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.
7 Noyabr 2017 14:25 DünyaBakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionun ticarət potensialını artıracaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, bu layihə hava və dəniz yolu ilə yük daşımalara alternativdir.
R.T.Ərdoğan bildirib ki, BTQ regional əməkdaşlığa əyani nümunədir: "Əsas məqsəd BTQ üzrə illik yükdaşıma həcmini 6,5-dən 17 milyon tona, sonrakı mərhələlərdə isə ildə 25 və 50 milyon tona çatdırmaqdır". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31