Gündəm

AZAL sərnişinlərini aldadır?

7 Noyabr 2017 14:12

Son illər Azərbaycanın hava nəqliyyatında əsas yeri tutan AZAL-dan şikayətlər artmaqdadır. Sözügedən şirkətin zaman-zaman tətbiq etdiyi “yeniliklər”, yaxud müştərilərin rahatlığının əksinə olaraq onların narahatlığına gətirib çıxaran “islahatlar” hər ötən gün AZAL-dan olan şikayətlərin artmasına səbəb olur. Məsələ kifayət qədər ciddi xarakter daşıdığından təkcə bu şirkətin xidmətlərindən istifadə edən sadə vətəndaşlar deyil, eləcə də məmurlar, millət vəkilləri də AZAL-dan gileylənir, onun xidmət səviyyəsini açıq şəkildə tənqid edirlər. Hətta bir neçə dəfə qanunverici orqanın iclaslarında belə bir sıra millət vəkilləri açıq şəkildə AZAL-ı tənqid edib, onun yarıtmaz fəaliyyətindən bəhs ediblər.

Manatın dəyəri artır

7 Noyabr 2017 14:10

Son aylar milli valyutanın Amerika dollarına nisbətdə öz möhkəmliyini qoruyub saxlaması kimi müsbət tendensiya özünü göstərməkdədir. Elə bu səbəbdəndir ki, çoxları əlində olan xarici valyutanı manata dəyişməyə üstünlük verir. Amma bu prosesin müvəqqəti xarakter daşıdığını və dolların yenidən dəyər qazanacağını söləyənlər də var. Bəs görəsən manatın dollar qarşısında nisbətən də olsa möhkəmlənməsinin arxasında hansı amillər dayanır və bu davamlı xarakter daşıyacaqmı?

Yaxın Şərqdə proqnozlaşdırılan hadisələr 10 MADDƏDƏ: Bu ölkə parçalanacaq

7 Noyabr 2017 14:08

“Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub”.

"Özəl kanallarda reytinq məsələsi verilişlərin keyfiyyətini aşağı salır" - MTRŞ sədri

7 Noyabr 2017 14:06

“İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzTV-yə müsahibəsində deyib. O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar: “Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm”.

"Çelsi"nin futbolçusu "Qarabağ"la matçda meydana çıxmağa ehtiyat edir

7 Noyabr 2017 14:03

İngiltərənin "Çelsi" komandasının futbolçusu N Qolo Kante Çempionlar Liqasının IV turunda "Qarabağ"la Bakıda keçirəcəkləri matçda meydana çıxmağa ehtiyat edir. Bu barədə 26 yaşlı yarımmüdafiəçisi özü "Evening Standard"a açıqlamasında bildirib. Budunun arxa səthinin zədələnməsi səbəbindən 6 matçda meydana çıxa bilməyən Kante İngiltərə Premyer Liqasının XI turunda "Mançester Yunayted"lə görüşdə 90 dəqiqə forma geyinsə də, yenidən zədələnməkdən qorxur. Fransalı oyunçunun sözlərinə görə, futbolçu bir neçə matçı buraxanda stress keçirir: "Mənə daha çox özünəinam lazımdır. Bu cür zədələrdən sonra meydana çıxan zaman qorxu hiss edirsən. Bir həftəlik məşqdən və oyundan sonra özümü yaxşı hiss edirəm. Uzun müddət kənarda qaldım, tibbi heyətlə çalışdım. Hər kəsə dəstəyə görə təşəkkür edirəm. Meydana qayıtdığım və qələbə qazanmağa kömək etdiyim üçün sevinirəm. Oynamayanda stress keçirirsən. Matçları kənardan izləmək qəribə hissdir".

Şəbnəm nişan üzüyün niyə geri qaytarıb?

7 Noyabr 2017 14:00

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub. Verilişin aparıcısı Elgiz subay xanım müğənniyə "Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?" sualı ilə müraciət edib.

Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması praqmatik qərardır

7 Noyabr 2017 13:53

Ölkə iqtisadiyyatının yeni dövrə uyğun inkişaf etdirilməsi istiqamətində uzun müddətdən bəri həyata keçirilən islahatlar, atılan addımlar davam edir. Nəzərə alsaq ki, postneft dövründə istiqsadiyyatda əsas diqqət qeyri-neft sektoru və sənayenin inkişafına yönəldilir, o zaman Azərbaycanda bu sahədə görülən işləri müsbət dəyərləndirmək olar. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da bu istiqamətdə atılan ən təqdirəlayiq addımlardan sayıla bilər.

Moskvada azərbaycanlılara məxsus avtosalonlara POLİS BASQINI - SAXLANILANLAR VAR

7 Noyabr 2017 13:51

Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları “Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər. Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.

2017 dünyanın ən dəhşətli 3 ilindən biri imiş

7 Noyabr 2017 13:47

Birləşmiş Millətlər Təşkilatının Dünya Meteorologiya Komitəsi (WMO) 2017-ci ilin qeydə alınan ən isti 3 il arasında yer aldığını bildirib. Məlumata görə, komitə tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, isti hava dalğaları, quraqlıq, qasırğalar və sel basqınları Yer kürəsinin isinməsinə yüksək təsir göstərib. Karbon-dioksidin artması və dəniz səviyyəsinin yüksəlməsi, həmçinin, okean sularında turşu miqdarının artması iqlim dəyişikliyinin uzun müddətli işarələri kimi göstərilib.

Trampdan qəribə etiraf: “Dünyada bu qədər ölkənin olduğunu bilmirdim”

7 Noyabr 2017 13:46

ABŞ prezidenti Donald Tramp siyasi arenadakı təcrübəsizliyini etiraf edib. D.Tramp hələ keçmiş prezident Barak Obamadan vəzifəsini təhvil almazdan öncə Yaponiya prezidenti Şinzo Abeni Amerikaya dəvət edib. O, bu hərəkətinin siyasi təcrübəsizlikdən irəli gəldiyini və doğru addım olmadığını etiraf edib.

“Dəmirçi Plaza”dakı qətllə bağlı daha BİR SİRR AÇILDI

7 Noyabr 2017 13:44

Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə ekspertiza rəyləri elan olunub. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilinin psxi xəstəliyi olub. Vəkilin sözlərinə görə, Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Vəkil bununla bağlı ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin olunub və Elşən Bəşirovun barəsində psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılır

7 Noyabr 2017 13:43

Yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanılacaq. Məlumata görə, bunu jurnalistlərə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.

Saakaşvilinin tərəfdarlarının mitinqi başladı

7 Noyabr 2017 13:41

Ukrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Polis Ukrayna paytaxtının mərkəzində ictimai asayişin mühafizəsini gücləndirib.

Serj Sərkisyan təxribat fəaliyyəti ilə məşğuldur

7 Noyabr 2017 13:38

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) oktyabr ayında regionda cərəyan edən proseslərin təhlilini aparıb. İlkin olaraq Avropa İttifaqı ilə Ermənistan arasında baş tutması gözlənilən sazişlə bağlı fikirlərini bölüşən SİTM rəhbəri Mübariz Əhmədoğlunun bildirdiyinə görə, prezident S.Sərkisyan Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur: “S.Sərkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda RF-dən AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir.