Saakaşvilinin tərəfdarlarının mitinqi başladı
Ukrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Polis Ukrayna paytaxtının mərkəzində ictimai asayişin mühafizəsini gücləndirib.
7 Noyabr 2017 13:41 DünyaUkrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Polis Ukrayna paytaxtının mərkəzində ictimai asayişin mühafizəsini gücləndirib.

Xatırladaq ki, oktyabrın 17-də Kiyevdə Saakaşvilinin tərəfdarları, "Azadlıq", "Batkivşina" və "Qarşılıqlı yardım" partiyaları, həmçinin bir sıra ictimai təşkilatların üzvləri mitinq keçiriblər. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinin dəyişdirilməsi və korrupsiyaya qarşı məhkəmənin yaradılması tələbləri ilə çıxış ediblər. Publika.az xəbər verir ki, bu haqda "RİA-Novosti" agentliyi yazıb.