Serj Sərkisyan təxribat fəaliyyəti ilə məşğuldur

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) oktyabr ayında regionda cərəyan edən proseslərin təhlilini aparıb. İlkin olaraq Avropa İttifaqı ilə Ermənistan arasında baş tutması gözlənilən sazişlə bağlı fikirlərini bölüşən SİTM rəhbəri Mübariz Əhmədoğlunun bildirdiyinə görə, prezident S.Sərkisyan Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur: “S.Sərkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda RF-dən AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir.

 Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı
 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) oktyabr ayında regionda cərəyan edən proseslərin təhlilini aparıb. İlkin olaraq Avropa İttifaqı ilə Ermənistan arasında baş tutması gözlənilən sazişlə bağlı fikirlərini bölüşən SİTM rəhbəri Mübariz Əhmədoğlunun bildirdiyinə görə, prezident S.Sərkisyan Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur: "S.Sərkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda RF-dən AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir. S.Sərkisyan hətta dünyanın iri gücləri arasında riyakarlıq etməkdən çəkinmir". Onun bildirdiyinə görə, Aİ-nin açıqladığı mətndə Ermənistan hökumətinin AES-in fəaliyyətini dayandırmaq barədə öhdəlik götürməsi haqqında ifadə açıq-aşkar öz əksini tapıb: "S.Sərkisyanın razılığı olmadan heç bir nazir bu öhdəliyi götürə bilməzdi. Bu dövr ərzində S.Sərkisyan bir neçə dəfə Aİ ilə sazişin imzalanacağını təsdiq edib. Yüksək çinli Aİ rəsmiləri ilə saatlarla görüşlər keçirib. Müqavilənin mətni açıqlanan kimi S.Sərkisyan AES-lə bağlı iclas keçirtdi. Prezident yanında Atom enerjisi üzrə komissiyanın sədri, AEBA-nın şura üzvü A.Birkxoferi Miroslav Liparla əvəzlədi. AES-i Ermənistanın enerji təhlükəsizliyində strateji obyekt adlandırdı. Hər halda avropalılara bir daha aydın olmalıdır ki, S.Sərkisyanın imzası heç bir təsir gücünə malik deyil. Serj Sərkisyan Cənubi Qafqaz regionu siyasətçiləri arasında Aİ rəsmilərini ən yaxşı tanıyanlardan biridir. Ermənistan ekspertlərinin hansı faizlə Aİ-dən qrant aldığı barədə detallı məlumatı var. Aİ-nin bəzi rəsmiləri, xüsusilə Ermənistan üzrə məmurları korrupsiya ilə məşğul olmasaydı Serj Sərkisyan Aİ-ni bu qədər alçaltmazdı".
 Rusiyanın Yaxın Şərq siyasətinə toxunan Mərkəz rəhbəri qeyd edib ki, bu ölkənin fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar.Çünki, RF Yaxın Şərq istiqamətində daha uğurlu siyasət qurmağa nail oldu: "Nəticədə Səudiyyə Ərəbistanının kralı Salman ben-Əbdül Əziz əl-Saud tarixdə ilk dəfə olaraq Rusiyaya rəsmi səfərə gəldi. İran faktoruna görə bu iki ölkənin yaxınlaşması qarşılıqlı faydalıdır. Bəzi məlumatlara görə kralın dördgünlük səfərini razılaşdırmaq üçün RF Kremlin daxili quruluşunda müəyyən dəyişikliklər edib. Kral elektromobillə gəzir. Silah ticarəti və neft sahəsində birgə əməkdaşlıq məsələsi ciddi müzakirə edildi. RF müdafiə naziri S.Şoyqu kralla görüşdü. İkinci faktor ondan ibarətdir ki, prezident Vladimir Putin Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi ilə "Rusiya çağırır" forumu çərçivəsində ayaqüstü görüşdü. RF ərazisində keçirilən bu tədbirdə Qətərin iştirakı qarşılıqlı marağın göstəricisidir. Az keçmiş RF müdafiə naziri S.Şoyqu Qətərə rəsmi səfər etdi. Qətər əmiri Təmim ben-Həməd əl-Tani ilə qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə etdi. S.Şoqyu Qətərə Filippindən gəlmişdi. Əmir Filippindəki vəziyyəti müzakirə etdi. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri razılaşdırıldı. Üçüncüsü isə Bəhreyn RF-dən S-400 ZRK-lar almaqla bağlı danışıqlar aparır. Ümumilikdə götürdükdə, Rusiyanın Fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar. Suriyada apardığı əməliyyatlar buna xidmət edir. Diqqət çəkən məsələlərdən biri də Rusiyanın kürd məsələsində tutduğu mövqedir. RF yalnız ritorik olaraq İraqın ərzi bütövlüyünü dəstəklədi. RF "Rosneft" vasitəsilə İraq Kürdüstanındakı neft yataqlarında bundan sonra da iş aparacaqlarını aşkar şəkildə bəyan etdi. RF Xİ naziri S.Lavrov Rusiya şirkətlərinin İraq Kürdüstanında işləməsinə İraq tərəfdən etiraz edilmədiyini bildirdi. Prezident V.Putin RF-in kürdlərlə tarixən yaxşı münasibətdə olduğunu bildirdi.Ümumdünya patriarxı Varfolomey RF-in Türkiyədəki səfirliyinə baş çəkdi. Bu sovet və rus diplomatik missiyasının mövcud olduğu dövrdə ilk dəfə baş verdi. Konstantinopol patriarxlığı pravoslavlar üçün ümumdünya patriarxlığı hesab edilir. RF-in Yaxın Şərqdə apardığı siyasət görünür Konstantinopol patriarxı Varfolomeyi bu addıma şirnikləşdirib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31