“Dəmirçi Plaza”dakı qətllə bağlı daha BİR SİRR AÇILDI
Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə ekspertiza rəyləri elan olunub. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilinin psxi xəstəliyi olub. Vəkilin sözlərinə görə, Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Vəkil bununla bağlı ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin olunub və Elşən Bəşirovun barəsində psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.
7 Noyabr 2017 13:44 KriminalBakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə ekspertiza rəyləri elan olunub. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilinin psxi xəstəliyi olub. Vəkilin sözlərinə görə, Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Vəkil bununla bağlı ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin olunub və Elşən Bəşirovun barəsində psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.
Proses qeyri müəyyən vaxtadək təxirə salınıb.
İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib. Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb və ofisə gəlib. Ofisdə Əli Ağalını öldürüb. Publika.az